16.11.2015 Gündəlik Bürclər (16 Noyabr 2015)

15 Kasım 2015
3 508
6
16.11.2015 Gündəlik Bürclər (16 Noyabr 2015)
16.11.2015 Gündəlik Bürclər (16 Noyabr 2015)

QOÇ - Ümumi gərginlik hökm sürdüyündən qeyri-ənənəvi işlərdən yayınmalısınız. Çalışın ki, cılız adamlara görə enerjinizi itirməyəsiniz. Yalnız etibarlı şəxslərlə əlaqə yaradın.

BUĞA - Ürəyinizcə olan olaylarla qarşılaşacaqsınız. Bu kimi hadisələr gələcəyinizi təyin etməkdə sizə yardımçı olacaq. Ailə üzvlərinizin ən xırda probleminə də biganə qalmayın. Səfərə çıxmayın.

ƏKİZLƏR - İkitərəfli əməkdaşlıq üçün münasib vaxtdır. Lakin təşəbbüskarlığı əldən versəniz, uduza bilərsiniz. Çalışın ki, müzakirələrdəki müsahibləriniz sizin rəyinizlə hesablaşa bilsin.

XƏRÇƏNG - İş yerində bəzi xoşagəlməzliklə rastlaşacağınız güman olunur. Odur ki, narazı qaldığınız məsələləri münaqişə həddinə çatdırmamalısınız. Günortadan sonra işlərinizdə dönüş yaranacaq.


ŞİR - Risk etməkdən çəkinməyin. Onsuz da həyatda hər şeyə bu yolla nail olmusunuz. Nahar ərəfəsində mühüm şəxslərlə görüşləriniz gözlənilir. Unutmayın, indi zaman xeyrinizə işləyir.

QIZ - Daha çox sağlamlığınızın qayğısına qalın. Soyuq qidalar qəbul etməyin. Dünyadan getmişlərinizə dualar oxuyun ki, həyat tərziniz müsbətə doğru dəyişsin. Gecə başqa evdə qalmayın.

TƏRƏZİ - Maraqlı adamlarla rastlaşacağınızdan xəbər verən ulduzlar mövcud problemlərinizin həllinə yaxınlaşdığınızı da istisna etmir. İşdən sonra qonaq çağrılma ehtimalınız böyükdür.

ƏQRƏB - Təmkin nümayiş etdirməsəniz, axşama qədər mübahisəli situasiyalarla baş-başa qalacaqsınız. Baş verən hər bir hadisəyə reallığın gözü ilə baxın. Günün ikinci yarısında təzə xəbər eşidəcəksiniz.

OXATAN - Nüfuzunuza güvənməyin. Hər bir müsahibinizlə sadə dildə danışın ki, rəğbət qazanasınız. Üzərinizə düşən hər hansı vəzifəni başqalarının hesabına həll etməyə çalışmayın.

OĞLAQ - Ciddi işlərinizin həllini bu günlük təxirə salın. Onsuz da ulduzların düzümü bu istiqamətdə müvəffəqiyyətə yetişəcəyinizə təminat vermir. Axşamüstü yaxınlarınıza baş çəkin.

SUTÖKƏN - O qədər də ürəkaçan gün deyil. Ümumi əhvalınızda gərginlik və hövsələsizlik nəzərə çarpacaq. Bu amili nəzərə alıb risk və mübahisələrdən uzaq olmalısınız. Tələsik qərar çıxarmayın.

BALIQLAR – Təxminən saat 17-yə qədər ovqatınızın xoş keçəcəyi ehtimal olunur. Hətta bir qədər aktiv olsanız, şəxsi büdcənizi də artıra bilərsiniz. Fəaliyyət istiqamətlərini genişləndirin.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -üzərindən vaxt keçdi daha yenədə təşəkkürlər.
  2. royus
    • royus
    • 16 Kasım 2015 11:05
    xerceng-tesekkurler.........
  3. Minyon giril
    gece bawqa yerde qalmiyin neydi aa :D oxudum oz burcumu ellerine salik
  4. AleDa
    • AleDa
    • 15 Kasım 2015 23:34
    Terezi... Demek olarki duz deyil.Cunki islemirem..
  5. aşqım_____sevirem ♡♡♡♡♡
    • aşqım_____sevirem ♡♡♡♡♡
    • 15 Kasım 2015 22:41
    terezi bürcüyem saǧolun melumata göre teşekkürleeeerr
  6. SEHRI
    • SEHRI
    • 15 Kasım 2015 20:40
    DOLCA burcu .Bu burce bir defe yaxsi vedler yazilsa dişimi çekecem.Hemise pis xeber deyilir.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.