26.11.2015 Gündəlik Bürclər (26 Noyabr 2015)

25 Kasım 2015
3 706
2
26.11.2015 Gündəlik Bürclər (26 Noyabr 2015)
26.11.2015 Gündəlik Bürclər (26 Noyabr 2015)

QOÇ - Yeni əlaqələr yaratmaq üçün böyük şansınız var. Bu, istər işgüzar istiqamətdə, istərsə də səmimilik zəminində real proqnozdur. Odur ki, oturaq işlərə ara verib aktivlik göstərin.

BUĞA - Ulduzlar şəxsi taleyinizdə müəyyən dönüş yaranacağından xəbər verir. Özünüzü hazır bilsəniz, sözügedən proseslərə daha tez nail ola bilərsiniz. Məsləhətlərə ehtiyacınız var.

ƏKİZLƏR - Maddi problemlərinizin olmasına baxmayaraq, ruhdan düşməyin. Əksinə, əzmkarlığınızı daha da artırmaqla bu kimi psixoloji sarsıntıları dəf etməlisiniz. Rəhbər işçilərlə mübahisə etməyin.

XƏRÇƏNG - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Əgər bu istiqamətdə uğurlar əldə etsəniz, digər problemləriniz kölgədə qalacaq. Axşam qonaq gedin.


ŞİR - Günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Çünki ulduzlar qarşıdakı yeni işlərə "hə" deyir.

QIZ - Təxminən saat 14-ə qədər ümumi ovqatınızda süstlük müşahidə olunsa da, sonrakı müddət normal tərzdə cərəyan edəcək. Çıxardığınız hər bir qərarın nəticəsi barədə düşünün.

TƏRƏZİ - Hər mənada uğurlu gün hesab etmək olar. Göy qübbəsi sizi müdafiə etdiyindən nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Açıq havada çox durmayın.

ƏQRƏB - Təzə xəbər eşidəcəyiniz gözlənilir. Hətta peşənizdən asılı olaraq yeni iş təklifləri də ala bilərsiniz. Günün ikinci yarısında xeyirxah adamlarla rastlaşma ehtimalınız var.

OXATAN - Müəyyən qədər xərc çəkəcəyiniz gözlənilir. Əgər bu, xeyirxah istiqamətə yönəlibsə, bundan yalnız məmnun olmaq lazımdır. Bugünkü təqvimdə kimlərisə sevindirmək böyük savabdır.

OĞLAQ - Ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, ətrafınızda olan adamlar ovqatınızı az da olsa, yüksəltməyə çalışacaq. Hətta axşama doğru sevindirici xəbər də eşidə bilərsiniz.

SUTÖKƏN - Astroloji göstəricilərə əsaslansaq, bu təqvimi nisbətən gərgin şəraitdə başa vuracaqsınız. Neytral olmağa çalışın. Səhhətinizi qorumağınız da məsləhətdir. Bu gün uzaq səfərə çıxmaq münasib deyil.

BALIQLAR - Aktiv fəaliyyətə ara verməlisiniz. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sizin üçün ən düşərli məqam işgüzar görüşlərdə iştirak etmək və ya yaxın ünvana qonaq getməkdir.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ♡MeLeYiM♡
    • ♡MeLeYiM♡
    • 26 Kasım 2015 21:01
    melumata göre saǧolun tereziyem və düz çıxdı ellere saǧlıq
  2. -Aydan-
    -Oxatan-
    -Hə diqqət edəcəm..
    -Məlumat üçün təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.