14.12.2015 Gündəlik Bürclər (14 Dekabr 2015)

13 Aralık 2015
3 348
1
14.12.2015 Gündəlik Bürclər (14 Dekabr 2015)
14.12.2015 Gündəlik Bürclər (14 Dekabr 2015)

QOÇ - Təzadlı bir gün yaşayacaqsınız. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Bu səbəbdən bütün situasiyaları nəzarətdə saxlayın ki, daha çox mənfəətiniz olsun.

BUĞA - Əsas diqqətinizi sağlamlığınızla bağlı problemlərin həllinə yönəldin. Əks təqdirdə fəaliyyətinizdə passivlik müşahidə olunacaq. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürcdədir.

ƏKİZLƏR - İşgüzar sövdələşmələr istiqamətində böyük perspektivlər əldə edə bilərsiniz. Bu baxımdan Göy qübbəsi sizə yardımçı olacaq. Amma əmin olmadığınız məsələ barədə vəd verməyin.

XƏRÇƏNG - Yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür. Odur ki, özünüzə qarşı rəğbət oyatmağa çalışın. Fəaliyyət və sövdələşmələr üçünsə o qədər də uğurlu vaxt deyil.


ŞİR - Neçə gündən bəri mövcud olan böhranlı vəziyyətiniz saat 13-dən etibarən qaydasına düşəcək. Sadəcə, prosesləri real qiymətləndirməyi bacarmalısınız. Nahardan sonra varlana bilərsiniz.

QIZ - Müəyyən məziyyətlərinə görə, gərgin təqvim hesab etmək olar. Belə ki, işlə bağlı müəyyən çətinliklərlə üzləşəcəksiniz. Rəhbərliklə, həmkarlarınızla hər hansı mübahisələrə son qoyun.

TƏRƏZİ - Yeni təklifləri razılıqla qarşılamağınız şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlərə səbəb ola bilər. İnsanlarla münasibətlərə yenidən baxın. Hövsələsiz olmayın.

ƏQRƏB - Ümumi çalarlarına görə, uğurlu gündür. Qarşıdakı bir həftə ərzində görəcəyiniz vacib işləri indidən planlaşdırın. Axşam aldığınız bütün dəvətləri isə təxirə salın. Qidanıza fikir verin.


OXATAN - Ulduzların düzümü işinizin çox olacağından xəbər verir. Qarşınızda duran vəzifələrə məsuliyyətlə yanaşın. Nüfuzlu adamlarla görüşləriniz gələcək uğurlarınıza qapı açacaq.

OĞLAQ - Saat 14-ə qədər iştirakçısı olduğunuz proseslərdən baş çıxara bilsəniz, sonrakı müddətdə bir neçə sürprizlə rastlaşacaqsınız. Ətrafınızdakılara nəyə qadir olduğunuzu göstərin.

SUTÖKƏN - Şəxsi problemlərinizin həlli üçün müəyyən vacib şəxslərlə görüşməyiniz məsləhətdir. Yeni təklif və rəylərə isə ciddi reaksiya verməyin. Saat 14-18 arası büdcəniz arta bilər.

BALIQLAR - Astroloji göstəricilər müəyyən gərginlikdən xəbər verir. Ələlxüsus da cəhdlərinizin boşa çıxma ehtimalı yüksəkdir. Odur ki, başınızı adi işlərlə qarışdırmağa çalışın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 13 Aralık 2015 20:15
    Dolça bürcü üçün təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.