13.02.2016 Gündəlik Bürclər (13 Fevral 2016 Günlük Bürclər)
QOÇ - Baxmayaraq ki saat 06:52-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutub, ötən günlərdən başladığınız əksər işləri uğurla davam etdirə biləcəksiniz. Hər hansı mübahisəyə isə yol verməyin.
BUĞA - Qarşınızda romantik bir gün durur. Bu səbəbdən də fəaliyyətə ara verib ürəyinizə yaxın insanlarla bir yerdə olun. Ailə-sevgi münasibətlərində təşəbbüskarlığı ələ alın.
ƏKİZLƏR - Səhhətinizdə və ovqatınızda neqativ halların baş qaldırması fəaliyyətinizdə xoşagəlməzlik yarada bilər. Bu səbəbdən istirahət etmək və ya səfərə çıxmaq sizi sakitləşdirə bilər.
XƏRÇƏNG - Planetlərin bürcünüzdəki neqativ quruluşu müəyyən vaxt ərzində riskdən və gizli sövdələşmələrdən uzaq olmağınızı tövsiyə edir. Olduqca ehtiyatlılıq göstərməli, müdafiəni gücləndirməlisiniz.
ŞİR - Fiziki işlərlə olmasa da, zehni və mənəvi məsələlərdə ulduzlar yardımçınız olacaq. Perspektivli müzakirələr, yeni tanışlıqlar üçün şanslarınız artacaq. Dinə zidd hərəkətlərə yol verməyin.
QIZ - Ardıcıl səhvlərə son qoymaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanın. Çətin mərhələlərdə təcrübəli adamlarla məsləhətləşin. Əsas diqqəti isə ailə və sevgiyə yönəldin.
TƏRƏZİ - Bütün vacib işlərinizi nahara qədər həyata keçirin ki, sonrakı müddətdə mənəvi duyğulara qapıla biləsiniz. Doğmalarınızla münasibətlərdə sülhpərvər mövqeyə sahib olun.
ƏQRƏB - Günün ümumi mənzərəsindən narazı qalmayacaqsınız. Amma gərək bəzi problemlərə görə, yalnız başqalarını deyil, özünüzü də günahlandırasınız. Savab işlərinizin sayını artırın.
OXATAN - Ulduzlar bir an da boş oturmamağı məsləhət görür. Mühüm sirlərinizi başqalarına açmayın ki, sonra sizə əngəl yaratmasınlar. Bu füsunkar təqvimin bütün öhdəliklərinə doğru qətiyyətlə irəliləyin.
OĞLAQ - Qarşınızda ziddiyyətli məqamlar dursa da, iştirakçısı olduğunuz situasiyanı mövqeyinizə uyğunlaşdırmağı bacaracaqsınız. Bu baxımdan bəzi məsləhətləşmələr səmərəli ola bilər.
SUTÖKƏN - Peşənizlə bağlı işlərdə passivlik gözlənildiyindən enerjinizi münasibətlər istiqamətinə yönəldin. Araları soyuyan insanları barışıdırın. Axşama doğru hər mənada ehtiyatlı olun.
BALIQLAR - Bu vaxta qədər nail ola bilmədiyiniz bəzi planları aktiv müstəviyə çıxarmaq üçün şanslar yaranacaq. Bəzi dostların da deyilən məsələdə sizə köməyi dəyəcək. Büdcənizdə dönüş də mümkündür.mir.az