29.08.2016 Gündəlik Bürclər (29 Avqust 2016 Günlük Bürclər)

28 Ağustos 2016
3 284
0
29.08.2016 Gündəlik Bürclər (29 Avqust 2016 Günlük Bürclər)
QOÇ - Bu gün sizin üçün neytral bir təqvim olacaq. Hansısa qeyri-adi hadisə ilə rastlaşacağınızı düşünməyin. İqlimin təhərindən asılı olaraq, sağlamlığınıza da diqqəti artırın.

BUĞA - Bəzi sınaqlarla baş-başa qala bilərsiniz. Şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışın. Hər hansı mübahisə və ya qisasçılıq prinsipiniz başağrınıza səbəb ola bilər.

ƏKİZLƏR - Daxili sıxıntılarınızdan əsər-əlamət qalmayacaq. Ətrafda baş verən hər bir hadisə sizə sevinc bəxş edəcək. Bu maraqlı təqvimdə şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

XƏRÇƏNG - Qarşınızda duran vəzifələrin çoxluğu kifayət qədər yorulacağınızdan xəbər verir. Lakin öhdəliklərinizin müsbət nəticəyə xidmət etdiyini anlayıb passivləşməyin. Nikbin olmağa çalışın.

ŞİR - Bütün gücünüzü iş prinsipinə həsr edin. Müvəffəqiyyətə yetişmək üçün bu, başlıca amildir. Tərəddüd etdiyiniz məsələlərdə qəti addım atmayın. Kənar təsirlərə aludə olmayın.

QIZ - Maddi durumunuzu yaxşılaşdırmaq üçün bütün bacarığınızı işə salın. Yalnız bu halda büdcənizi artıra bilərsiniz. Fəaliyyətlə bağlı uğurlarınız artıq yaxınlaşmaqdadır.

TƏRƏZİ - Nahara qədər bütün vacib işlərinizi - xüsusən də maliyyə məsələlərini yekunlaşdırın. Mənasız söhbətlərə isə əhəmiyyət verməyin. Mənfi enerjili Ay bürcünüzdə olsa da, yenilikləriniz çoxdur.

ƏQRƏB - Yeni əlaqələr yaratmaq üçün geniş imkanlar qazanacaqsınız. Qarşıdakı bir ayda atacağınız addımları indidən götür-qoy edin. Nahar ərəfəsində aldığınız təkliflərə ciddi yanaşın.

OXATAN - Şəxsi büdcənizin durumu imkan versə, doğmalarınız yaşayan ünvanlara baş çəkin. Əks təqdirdə digər məsələlər ürəyinizcə olmayan istiqamətdə cərəyan edəcək. Hündür yerə çıxmayın.

OĞLAQ - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıra biləcəksiniz. Maraqlı adamlarla rastlaşma ehtimalınız da var.

DOLÇA - İkitərəfli əməkdaşlıq zəminində müəyyən irəliləyişlərə nail olmaq üçün şans qazanacaqsınız. Amma tam bələd olmadığınız proseslər barədə qəti söz demək fikrindən yayınmalısınız.

BALIQLAR - Astroloji göstəricilər gün ərzində maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET