03.09.2016 Gündəlik Bürclər (3 Sentyabr 2016 Günlük Bürclər)

02 Eylül 2016
3 513
0
03.09.2016 Gündəlik Bürclər (3 Sentyabr 2016 Günlük Bürclər)
QOÇ - Təzə ayın təəssüratlarını, payız əhval-ruhiyyəsini bir kənara qoyun. Çünki qarşınızda duran çoxsaylı vəzifələrin öhdəsindən gəlməyiniz lazımdır. Bu gün oturaq işlərdən uzaq olmalısınız.

BUĞA - İstəyib-istəməmənizdən asılı olmayaraq bu təqvimdə işgüzarlığınız artacaq. Bu baxımdan iş prinsipinizdə bir çox yeniliklər nəzərə çarpacaq. Cəhd göstərsəniz, pul da qazanacaqsınız.

ƏKİZLƏR - Sentyabra böyük ümidlər bəslədiyiniz bəllidir. Amma bu ümidlərə qovuşmaq üçün cəhdlər də etməlisiniz. Özünüzə aludə olmaqdansa müştərək işlərə daha çox yer ayırın. Ruhdan düşməyin.

XƏRÇƏNG - Təxminən saat 12-yə qədər gərgin situasiyalarla rastlaşacağınız gözlənilir. Ələlxüsus da həmkarlarınızla təmkinli davranmalısınız. Nahardan sonra isə xoş ovqat qazanacaqsınız.

ŞİR - Qarşılıqlı münasibətlərdə yaranan anlaşılmazlıqları bir kənara qoyub aktiv fəaliyyətə başlayın. Hər hansı mübahisə və konflikt yalnız zərərinizə ola bilər. Uzaq yola çıxmayın.

QIZ - Hələ ki, sentyabrın gəlişi sizə xoş ovqat bəxş etməkdədir. Başqa cür də ola bilməz. Çünki indi "hakimiyyətdə" sizin bürcdür. Günorta yeni işlə bağlı sövdələşmə aparmaq olar.

TƏRƏZİ - Fəaliyyətinizdə müəyyən passivlik müşahidə olunacaq. Odur ki, gücünüz çatmayan işlərdən yapışmamalısınız. Nahardan sonra yaxın ünvanda yaşayan yaxınlarınıza baş çəkin.

ƏQRƏB - Məsləhətsiz hansısa addımı atmayın. Unutmayın ki, indi həyatınızın ən keşməkeşli dövrünü yaşamaqdasınız. Özünüzü itirməyin. Günün ikinci yarısında maraqlı hadisələr olacaq.

OXATAN - Hər şey çıxardığınız qərarlardan asılıdır. Bədxislətli şəxslərin atmacalarına vaxt itirməkdənsə, mötəbər adamlarla işbirliyi yaradın. Unutmayın ki, karyeranız yüksəliş ərəfəsindədir.

OĞLAQ - Daxili narahatçılığınız tədricən səngiməyə başlayacaq. Üzləşdiyiniz proseslər sevincinizə səbəb olacaq. Ulduzlar təvəqqe edir ki, ağıllı adamların məsləhətlərini qulaqardına vurmayasınız.

SUTÖKƏN - İş və fəaliyyətlə bağlı olduqca düşərli gündür. Odur ki, əsas diqqətinizi bu istiqamətə yönəltməlisiniz. Münasibətlərdə isə ehtiyatlı olun. Böyük dəyişikliklər astanasındasınız.

BALIQLAR - Adətən sentyabrın bu təqvimi sizin üçün həmişə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də qarşınıza çıxan hər bir şansdan yararlanmalısınız. Sirlərinizi hər kəsə açmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.