01.10.2016 Gündəlik Bürclər (1 Oktyabr 2016 Günlük Bürclər)

30 Eylül 2016
3 123
2
01.10.2016 Gündəlik Bürclər (1 Oktyabr 2016 Günlük Bürclər)
QOÇ - Ən başlıcası özünüzü mübahisədən qorumaqdır. Bunu bacarsanız, narahatçılığınız olmayacaq. İşgüzar sövdələşmələrdə iştirak etmək, problemləri birgə həll etmək üçün uğurlu məqamdır.

BUĞA - Bu gün istənilən məsələdə risk etmək sizə zərər verə bilər. Odur ki, hansısa addımı atmazdan qabaq yüz ölçüb bir biçin. Müştərək fəaliyyətə başlamaq üçün saat 16-19 arasından yararlanın.

ƏKİZLƏR - Gərgin məqamlarla dolu olan bu təqvimi səbrlə başa vurmağa çalışın. Bütün vacib işləri təxirə salın. Axşam saatlarında isə yalnız sağlamlığınızla məşğul olmalısınız.

XƏRÇƏNG - Nə qədər sadə görünsəniz, ulduzların yanında hörmətiniz də bir o qədər çox olar. Sizə ehtiyac duyanlara kömək göstərin. Saat 16-dan sonra riskli işlərə aludə olmayın.

ŞİR - İxtiyarınızda olan bu təqvimi sakit tərzdə başa vurmağa çalışın. Özünüzü gərginliyə sürükləməyin. Nəzərə alın ki, dünəndən mənfi enerjili Ay bürcünüzdə qərar tutub.

QIZ - Havalar nə qədər dəyişkən olsa da, fəaliyyətinizə ara verməyin. Çünki bütün astroloji qaynaqlar bu təqvimdə uğurlu karyeraya yetişmək şansınızdan xəbər verir. Təşəbbüskarlığı əldən verməyin.

TƏRƏZİ - İşlə bağlı yeniliklər yolunuzu gözləyir. Bu istiqamətdə sizə dəstək verənlər də tapılacaq. Günün ikinci yarısında birgə fəaliyyət planları haqqında bir daha götür-qoy etməyə dəyər.

ƏQRƏB - Bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Əgər bu proses sonrakı müddətə qədər uzansa, münaqişəli situasiyalara cəlb oluna bilərsiniz. Qazanmaq ehtimalınız böyükdür.

OXATAN - Çoxları üçün təlatümlərlə dolu olan bu təqvim sizin üçün daha çox maddi cəhətdən uğurlu keçməlidir. Gözləmədiyiniz istiqamətlərdən yeni iş təklifləri də ala bilərsiniz.

OĞLAQ – Planetlərin bürcünüzdəki neqativ düzümü səhhətlə bağlı müəyyən problemlərə yol aça bilər. Odur ki, istirahətə daha böyük yer ayırın. Bu gün riskli pul sövdələşmələrindən uzaq olun.

SUTÖKƏN - Ailə-sevgi münasibətlərində vəziyyət qənaətbəxş olsa da, həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Bu amili nəzərə alıb verdiyiniz hər sözə əməl etməyə çalışın. Kimisə aldatmayın.

BALIQLAR - Əsas diqqəti fəaliyyətə yönəldin. Bəzi üzdəniraq dostlarınızla sonrakı münasibətləri konkretləşdirin. Xəyanəti bağışlamadığınız kimi, özünüz də etməyin. Uzaq yola çıxmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
REWA VE GUNAY
salam ureyivi uzme demir demirde yalanci fikirleridi onsuzda hamissi
Niqiş
Ehh İş baresinde heçne demir axı, dolçada....
RƏY ƏLAVƏ ET