12.02.2017 Gündəlik Bürclər (12 Fevral 2017 Günlük Bürclər)

11 Şubat 2017
6 797
0
12.02.2017 Gündəlik Bürclər (12 Fevral 2017 Günlük Bürclər)
Qoç - Sərfəli və gəlirli təkliflər gözlənilir. Xüsusi bir hadisə baş verməsə də, istənilən xırdalıq neqativ emosiyalar yarada bilir. Yeni tanışlıqlar faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilər. Bu gün xoş niyyətlə görülən işlər ətrafdakıların təqdirini qazanacaq və nəticəsi də yaxşı olacaq.

Buğa - Məqsədinizə çatmaq üçün səy göstərin. Uğurlu gündür. Bu gün ətrafdakılarla dil tapacaqsınız. Ehtimal ki, yeni romantik münasibət formalaşacaq. Uzun müddətdən bəri can atdığınız və uğrunda xeyli maneəni dəf etdiyiniz məqsəd də eynilə xırdaca bir səhv üzündən əlinizdən çıxa bilər. Yaxınlarınızla münasibətləriniz gərginləşir. Sizə elə gələ bilər ki, kimsə sizi anlamır, hörmət etmir, sevmir, qiymətləndirmir.

Əkizlər - Bu gününüz asan olmayacaq. Amma uğur əldə etmək üçün şanslarınız var. Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən öz həllini tapacaq. Zəhmətiniz nəticəsiz qalmayacaq. Həmkarlarla, rəhbərliklə ünsiyyətdə çətinliklər ola bilər. Ancaq qətiyyətli və inandırıcı danışsanız, sizin rəyinizi dinləyəcək, nəzərə alacaqlar.

Xərçəng - Bu gün gözlənilməz və xoş hadisələrlə dolu olacaq. Əlinizi hansı işə atsanız, uğur qazanacaqsınız. Bəzi Xərçənglər əvvəllər heç güman etmədikləri istedadlarını kəşf edəcəklər. Başqa mədəniyyətlərə maraq göstərə, xarici dillərin öyrənilməsi ilə məşğul ola, yaxud sadəcə, xarici vətəndaşlarla görüşə bilərsiniz. Günün ikinci yarısı pul və hədiyyə ala bilərsiniz.

Şir - Dünən işləriniz alınmırdı? Unudun. Bu gün müxtəlif sahələrdə uğurlar qazanacaq, xeyli sevincli anlar yaşayacaqsınız. Bircə şərt var: qarşınızda açılan imkanları qaçırmayın, üstəlik, mümkün qədər çevik olun. Ehtimal ki, yaxın vaxtlarda yeni ideyalarınızı reallaşdıracaqsınız. Günün ikinci yarısında daha çox fiziki işlə məşğul olun. Görüş təyin etmək üçün əlverişli gündür.

Qız - Bu gün hamının sizə ehtiyacı var. Bu səbəbdən öz problemlərinizi həll etməyə vaxt tapa bilməyəcəksiniz. Rəhbərliklə, həmkarlarınızla ciddi fikir ayrılıqları mümkündür. Gün səfərlərə, uzunmüddətli səyahətlərə çıxmaq, məzuniyyət götürmək üçün çox uğurludur. Səbirli olun, təlaşlanmayın.

Tərəzi - Çalışın, özünüzü yormayasınız. Çox dolğun gün bütün gücünüzü əlinizdən ala bilər, bunun nəticəsində isə xroniki xəstəlikləriniz güclənə bilər. Günün ikinci yarısı daha uğurlu olacaq. Yeni təkliflər gözlənilir. Yaxşı düşünün ki, ən sərfəli variantı seçə biləsiniz. Əlverişli imkanlardan istifadə edin. Axşam saatlarında dincəlin.

Əqrəb - Gərgin işə hazır olun. Bir az da olsa, dincəlmək istəyirsiniz, amma çətin ki, belə bir fürsət əlinizə düşsün. Başlanmış işləri başa vurun, yarımçıq iş saxlamayın. Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır. Axşam saatlarında yeməyinizə fikir verin.

Oxatan - Məhsuldar və maraqlı gündür. Qeyri-standart üsullardan istifadə edərək rəqiblərinizi qabaqlaya bilərsiniz. Yeni layihələrə başlaya bilərsiniz. Onlar nə qədər orijinal olsalar, bir o qədər yaxşıdır. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.

Oğlaq - Sakit gündür. Yaranmış şanslardan istifadə edin. Planlarınızda dəyişikliklər etməli olacaqsınız. Maraqlı, görkəmli şəxslərin diqqətindəsiniz. Dahi bir şəxsiyyətlə başgicəlləndirici eşq macərası arzulayırdınız? Bu gün həmin istəyiniz yerinə yetə bilər. Ailədə rahat və münasib situasiyanın bərqərar olmasına can atın.

Dolça - Pozitiv tendensiyaların təsiri çox güclüdür. Çoxdankı planlarınızı həyata keçirmək və bədxahlarınız üzərində qələbə qazanmaq üçün bu imkandan yararlanın. Əksər işləriniz uğurlu olacaq. Yeni məlumatı çevik araşdırır, baş verən hadisələrin səbəb-nəticələrini asan ayırd edir və ətrafınızdakılardan fərqli olaraq illüziyalar qurmursunuz. Şəxsi münasibətlər müstəvisində vəziyyət dəyişməz olaraq qalacaq.

Balıqlar - Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil. Hadisələri tələsdirməyin. Uğur artıq sizin də qapınızı döyməyə hazırlaşır. Günü müxtəlif məsələlərin həllinə sərf edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər