05.06.2017 Gündəlik Bürclər (5 İyun 2017 Günlük Bürclər)

04 Haziran 2017
4 653
0
05.06.2017 Gündəlik Bürclər (5 İyun 2017 Günlük Bürclər)
Qoç –Ətrafınızda kim varsa, hamısına sevinc, gülüş bəxş edin. Problem və qayğılardan uzaq olun. Elə zənn edin ki, bu gün “iş orucu” tutmusunuz. Axşam süfrəsində şükür edin ki, bu günü sağ-salamat başa vurmusunuz.

Buğa – Sevgi müstəvisində mövcud olan boşluqları doldurmağa tələsin. Elə addım atın ki, sizə rəğbət yaransın. Əgər maddi imkanınız yetsə, sevdiyiniz insana yaddaqalan bir hədiyyə də ala bilərsiniz.

Əkizlər – Təzadlı gündür. Ziddiyyətli hadisələr bir-birini əvəz edəcək. Bu səbəbdən ilk növbədə əldə olanları qorumaq lazımdır – pulunuzu, malınızı sağa-sola səpməyin. Kiminsə qəlbinə dəyməyin, axı qəlb Allaha məxsusdur.

Xərçəng – İstirahət günü olsa da, maliyyə işlərini qaydasına salmaq olar. Xüsusən də günortadan sonra bu istiqamətdə fəal olmalısınız. Astroloji göstəricilər qida və yuxu rejiminə riayət etməyi məsləhət görür.

Şir – Mümkün qədər bu təqvimi ev şəraitində keçirməyə çalışın. İzdiham içində olmaq və ya uzaq səfərə çıxmaq münasib deyil. Bu gün olub-keçənlər haqqında müfəssəl informasiyalar toplayın.

Qız – Kimsə sizdən imkanınız yetən bir şey istəsə, tərəddüd etmədən verin. Səxavətinizi əsirgəməyin. Əslində bu, problemli işlərinizin həllinə yardımçı olacaq. Göy qübbəsi köhnə dostlarla əlaqəni də uğurlu sayır.

Tərəzi – Ümumi kosmik fon çox gərgindir. Nədəsə tərəddüdünüz varsa, bəri başdan onu təxirə salın, çünki belə məqamlarda onun alınmaması daha çox ehtimal olunur. Haqlı olmağınızla bahəm, güclü də olmalısınız.

Əqrəb – Bu tarixdə köhnə işləri təzələmək məsləhət deyil. Hər şeyin təzəsi daha yaxşıdır. İlk növbədə özünüzü situasiyaya uyğunlaşdırmalısınız. Lovğalıq və özündənrazılıq etməyin. Bütün gücünüzlə açıq havada olun.

Oxatan – Sevindirici olaylar, şadyanalıqlar günü olduğu üçün qısqanclıqdan, başqalarına qarşı hikkədən doğan istənilən addımınız böyük təhlükə yarada bilər. Bu gün elektrik cihazları ilə ehtiyatlı davranın.

Oğlaq – Qarşınızda duran bu təqvimdə əsas gücünüzü münasibətlərə yönəldin. Amma diqqətli olun: rüşvət almaq, zina etmək, cadugərə getmək çox təhlükəlidir. Tövbə məqamı, saflaşma vaxtıdır.

Dolça – İmkan daxilində fəaliyyətə ara verib ruhi dünyanızı qidalandırın. Özünüzü azad və müstəqil hiss edin. Heç kimdən qorxmayın, daxili saflığınıza əminsinizsə, buna güvənib yalnız irəli gedin.

Balıqlar – Əsas gücü münasibətlər müstəvisinə yönəltmək lazımdır. Hörmət qazanmaq üçün bəlkə də bundan yaxşı məqam olmayacaq. Özünüzü güclü adam sanırsınızsa, bu gün hətta zamanı da idarə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.