25.06.2017 Gündəlik Bürclər (25 İyun 2017 Günlük Bürclər)

24 Haziran 2017
6 095
0
25.06.2017 Gündəlik Bürclər (25 İyun 2017 Günlük Bürclər)
Qoç – Ümumi kosmik mənzərə səhhətinizlə bağlı diqqətli olmağı tövsiyə edir. Belə ki, qara ciyərinizlə bağlı problemləriniz mümkündür. Fəaliyyət istiqamətində isə çətinliyiniz gözlənilmir.

Buğa - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.

Əkizlər - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, maraqlı gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.

Xərçəng - Bu gözəl təqvimdə mistikaya uymamaq lazımdır. İş barədə düşünməyin, qonaq gedin. Bu gün enerjinizin çoxluğu qarşınızda duran bəzi maneələrin aradan qalxmasına təkan verəcək. Təki səbrli olasınız.

Şir - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü qarşıdakı həftədə bu istiqamətdə sevinəcəyinizi bildirir. İkitərəfli əməkdaşlıqdan imtina etməyin.

Qız - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vura bilərsiniz. Mübahisələrdən uzaq olun. Axşama yaxın önəmli xəbər eşidəcəksiniz.

Tərəzi – Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Özünüzə təzə bir şey alın.

Əqrəb - Sağlıq durumunuzu nəzarətdə saxlayın. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Bunun üçün ən rahat yol pəhriz saxlamaqdır. Maddi sıxıntılarınız azalmaqdadır.

Oxatan - İş yerində mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. İndiki məqamda belə şeylər yaramaz. Büdcənizi sağa-sola səpməyin.

Oğlaq - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməyin. Sadə olun.

Dolça - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət görülmür.

Balıqlar - Hər mənada səmərəli təqvimdir. Bir tərəfdən perspektivli görüşlər, digər tərəfdənsə sevindirici xəbərlər ovqatınızı xeyli yüksəldəcək. Axşam dostlarınızla birgə gəzintiyə çıxın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.