10.12.2017 Gündəlik Bürclər (10 Dekabr 2017 Günlük Bürclər)

09 Aralık 2017
4 635
0
10.12.2017 Gündəlik Bürclər (10 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Bu gün sizə mütləq kimsə kənardan dəstək verməlidir. Yoxsa passivliyiniz aradan qalxmayacaq. Pulla bağlı problemlərinizin həllinə çalışın. İctimai yerlərdə çox görünməyin.

Buğa - Ciddi sınaqlarla baş-başa qaldığınızı nəzərə alan ulduzlar hər hansı riskin yolverilməz olduğunu vurğulayır. Qərar çıxararkən mövcud vəziyyəti və imkanlarınızı göz önünə gətirin.

Əkizlər - İstirahət haqqında düşünməyin. Çünki indiki məqamda bütün perspektivləriniz aktivliyinizdən asılıdır. Qarşıdakı həftədə görəcəyiniz işləri indidən planlaşdırın. Maraqlı görüşlər də labüddür.

Xərçəng - Bəzi cəhdləriniz uğursuzluqla nəticələnsə də, buna görə qəmlənməyə dəyməz. Çünki Göy qübbəsi nahardan sonra sizə gözlənilməz sevinc bəxş edəcək. İşdə uğurlarınız mümkündür.

Şir - Ağır fiziki işlərə bir qədər ara verməyiniz tələb olunur. Əks təqdirdə səhhətinizdə mənfi fəsadlar baş qaldıra bilər. Nahardan sonra şəxsi büdcənizi artırmaq üçün imkanlar qazanacaqsınız.

Qız - Qarşınızda böyük perspektivlər durur. Hansı addım atacağınızdan asılı olan gələcək situasiyalar məsuliyyət hissinizi də artırmalıdır. Ağlınız kəsməyən işlərə ciddi yanaşmayın.

Tərəzi - Əksər sahələrdə sevindirici hadisələrlə rastlaşma ehtimalınız var. Lakin bu yönümdə maliyyə məsələləri istisna təşkil edəcək. Hər halda ovqatınıza mənfi təsir göstərən amil olmayacaq.

Əqrəb - İxtiyarınızda olan bu təqvim sizin üçün o qədər də rəngarəng keçməyəcək. Yaxın olduğunuz şəxslərlə münaqişəniz gözlənilir. Fəaliyyətinizlə bağlı xoşagəlməzliklər də mümkündür.

Oxatan - Hər mənada əhəmiyyətli gündür. Bir tərəfdən çoxdan görmədiyiniz adamlarla rastlaşmağınız, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə rəvan davranışlar sizə rahatlıq bəxş edəcək.

Oğlaq - Yaxşı olar ki, ağır fiziki işlərə ara verəsiniz. Əsas gücünüzü diplomatik görüşlərə həsr edin. Səhər saat 08:13-dən qədər mənfi enerjili Ay bürcünüzə daxil olduğu üçün səhhətinizi qorumalı, səfərə çıxmamalısınız.

Dolça - Astroloji göstəricilər saat 18-ə qədər uğurlu məqamlar yaşayacağınızı bəyan edir. Sonrakı müddəti isə neytral şəkildə başa vurun. Bu gün varlanma ehtimalınız böyükdür.

Balıqlar - Əsas enerjinizi sevgi münasibətlərinə yönəldin. Çünki yeganə uğurunuz bu sahə ilə bağlı olacaq. Fəaliyyət zəminində isə hansısa irəliləyişi gözləməyə dəyməz. Yalan danışmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET