19.02.2018 Gündəlik Bürclər (19 Fevral 2018 Günlük Bürclər)

18 Şubat 2018
5 373
0
19.02.2018 Gündəlik Bürclər (19 Fevral 2018 Günlük Bürclər)
Qoç - Bütün vacib iş və planlarınızı günün ilk yarısında həyata keçirməyə çalışın. Çünki günün yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görür

Buğa - Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın.

Əkizlər - Bürcünüzün hakimiyyət dövrü bu gün başa çatdığı üçün mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Daha çox mənəvi rahatlığınızı təmin edin.

Xərçəng – Saat 14-ə qədər ümumi işlərinizdə passivlik hökm sürəcək. Həmin müddətdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalı, eləcə də səhhətinizlə məşğul olmalısınız.

Şir - Yolayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir.

Qız – Bu təqvimi xoş ovqatla qarşılasanız, planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İstirahətdən daha çox əlaqələri dərinləşdirin. Axşama doğru işlə bağlı təkliflərə laqeyd qalmayın.

Tərəzi – Planetlərin yerdəyişməsinə təsadüf edən bu təqvimin sizə əhəmiyyəti böyük olacaq. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək.

Əqrəb – Yaxşı olar ki, əsas vaxtınızı istirahətdə keçirəsiniz. Əks təqdirdə cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar baş verə bilər. Bir az təcrid olunun.

Oxatan - Xırda mübahisələri nəzərə almasaq, bu tarix sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, təmkin nümayiş etdirməklə öz ideyalarınızı tədricən onların beyninə yeridin.

Oğlaq - Təəssüf ki, ixtiyarınızda olan bu gün hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da saat 15-18 arası bəzi xoşagəlməzliklərlə baş-başa qala bilərsiniz. Daha çox neytral olun.

Dolça - Bu dəyişkən təqvimdən qorxmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu ərəfədə heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.

Balıqlar - Təzadlı gündür. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də yaxşı bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən vaz keçin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.