21.04.2018 Gündəlik Bürclər (21 Aprel 2018 Günlük Bürclər)

20 Nisan 2018
5 141
0
21.04.2018 Gündəlik Bürclər (21 Aprel 2018 Günlük Bürclər)
Qoç - Sizi görmək arzusunda olanların kamını ürəklərində qoymayın. Əks təqdirdə kimlərinsə qəlbinə dəyə bilərsiniz. Bu gün imkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

Buğa - Ötən günlərin rahatlığının ziddinə olaraq bu təqvimi bir qədər gərgin şəraitdə cərəyan edə bilər. Bu səbəbdən də sutkanı bir təhər ötürmək üçün saatları sadalayın.

Əkizlər - Bu gün heç kimin məsləhətinə əhəmiyyət verməyin. Bütün qüvvənizlə ürəyinizin sözünə qulaq asın. Günün ikinci yarısında isə darıxdığınız yaxınlarınızın evinə baş çəkin ki, rəğbət oyadasınız.

Xərçəng - Planetiniz olan Uranın aktivləşmə dərəcəsinə çatması daxili gücünüzü, enerjinizi artıracaq. Bu isə uzaq görünən bəzi məntəqələrə tez yetişməyinizə rəvac verəcək. Səfərdə ehtiyatlı olun.

Şir - Olduqca təzadlı gündür. Qarşınızı kəsən maneələri dəf etmək istəyirsinizsə, etibarlı adamların məsləhətindən yararlanın. Saat 16-18 arası ulduzlar sizi sevindirməyə çalışacaq.

Qız - Bu təqvimdə ən uğurlu hadisələr sizin bəxtinizə düşür. İşgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə olacaq. Bir sözlə, bürcünüz üçün ayın düşərli ərəfəsi bu gündən start götürəcək.

Tərəzi - Fəaliyyət sahəsində bəzi gərginliklə rastlaşma ehtimalınız var. Özünüzü təmkinli aparmaqla bu kimi xoşagəlməzlikləri dəf edə bilərsiniz. Axşama yaxın dostlarınızla birgə olun.

Əqrəb - Əksər sahələrdə uğurlu məqamlar yaşayacaqsınız. Ürəyinizcə olan təkliflər, maraqlı adamlarla qarşılaşmaq ovqatınızı yüksəldəcək. Saat 18-dən sonra isə özünüzə qarşı diqqətli olun.

Oxatan - Yalnız ailə-sevgi məsələlərində uğurlarınız mümkündür. Nə qədər gec deyil, qəlbinə dəydiyiniz adamlardan üzr istəyin. Mübahisə etməklə özünüzü gərgin situasiyalara yuvarlamayın.

Oğlaq - Bir qədər mübahisəli gündür. Mövqelərinizi sarsıtmaq üçün bədxah adamların təzyiqlərinə tuş gələ bilərsiniz. Özünüzü qoruyun. Əgər işlə bağlı maneə yoxdursa, səfərə çıxmaq olar.

Dolça - Dünyanın yumru olduğunu bilmək heç də qeybi bilmək deyil. Bilmədiyiniz şeylər daha çoxdur. Avestanın vacib prinsiplərindən olan Xeyirxah Fikirlə qidalanın. Ruhdan düşməyin.

Balıqlar - Günün birinci yarısında daxili süstlüyünüz ovqatınıza mənfi təsir göstərsə də, özünüzdə iradə toplamağı bacarmalısınız. Çünki sonrakı saatlarda sevindirici məqamlar yaşayacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.