14.05.2018 Gündəlik Bürclər (14 May 2018 Günlük Bürclər)

13 Mayıs 2018
5 637
0
14.05.2018 Gündəlik Bürclər (14 May 2018 Günlük Bürclər)
Qoç - Proseslərin inkişafı mənfi istiqamətdə cərəyan edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.

Buğa - İxtiyarınızda olan bu gözəl gün hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

Əkizlər - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

Xərçəng - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

Şir – Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

Qız – Paxıl və bədxah adamların müdaxilələrinə fikir verməyin. Həqiqətə yaxın olan arzularla yaşayın. Bürcünüzün "hakimiyyətdə" olduğu bu gözəl gündə enerjinizi boş şeylərə görə itirməyin.

Tərəzi - Saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməyə çalışın.

Əqrəb – Giley-güzara, kimi gəldi ittiham etməyə vaxt itirməkdənsə, reallığı nəzərə alın. Özünüzə tənqidi yanaşın. Bunu bacardığınız təqdirdə nahardan sonra ruhi rahatlıq hiss edəcəksiniz.

Oxatan – İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

Oğlaq - Bu gün ulduzlar məclislərdə iştirakınızdan xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Səhhətinizə fikir verin.

Dolça - Gərgin vaxt olsa da, “məsləhətli don gen olar” deyiblər, inandığınız insanların tövsiyələrinə riayət etməklə, sıxıntılarınızı dəf edə bilərsiniz. Başladığınız bütün işlərin məsuliyyətini anlamağa çalışın.

Balıqlar - Həftənin bu enerjili günündə yalnız işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.