15.05.2018 Gündəlik Bürclər (15 May 2018 Günlük Bürclər)

14 Mayıs 2018
6 098
0
15.05.2018 Gündəlik Bürclər (15 May 2018 Günlük Bürclər)
Qoç - Büdcənizdə müəyyən artım gözlənilsə də, uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Bu səbəbdən yaxşı olar ki, boş vaxtınızı ev şəraitində keçirəsiniz.

Buğa – Astroloji göstəricilər qənaətbəxş bir gün yaşayacağınızı proqnozlaşdırır. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.

Əkizlər – Fəaliyyət müstəvisində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.

Xərçəng – Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə səhhətinizin müdafiəsinə həsr edəsiniz. Hər bir məqamda əsəblərinizi qorumalı, dedi-qoduya fikir verməməlisiniz.

Şir – Şəxsi büdcənizi artırmaq baxımından düşərli gün olsa da, ümumi əhvalınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

Qız – Sağlıq durumunuzla əlaqədar bəzi kiçik problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

Tərəzi - Qarşılıqlı münasibətlərdə səxavətli olmağınız çox işlərdə əlinizdən tutacaq. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.

Əqrəb – Pulla bağlı çətinliklərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.

Oxatan – Birgə gəzintilərə çıxmaq, əyləncəli məkanlarda olmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

Oğlaq - Məhəbbət müstəvisində irəliləyişlərə nail olmağınızı bildirən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

Dolça – Səmimi olsanız, ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Balıqlar – Nahar fasiləsinə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Sonrakı saatlarda isə nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.