16.05.2018 Gündəlik Bürclər (16 May 2018 Günlük Bürclər)

15 Mayıs 2018
5 024
0
16.05.2018 Gündəlik Bürclər (16 May 2018 Günlük Bürclər)
Qoç- Bu gözəl təqvimdə bütün ixtiyar öz əlinizə veriləcək. Necə deyərlər, nəyə layiqsinizsə, o da olacaq. Şəxsi münasibətlərdə yalandan istifadə etməyin, "dərdli adam" obrazı yaratmayın.

Buğa – İnsanlarla nə qədər mülayim davransanız, ulduzlar da sizi bir o qədər xoşhal edəcək. Bir də üzərinizə düşən öhdəlikləri başqalarının üzərinə atmayın. Nahar vaxtı maksimum səbrli olun.

Əkizlər - İxtiyarınızda olan bu təqvimdə hörmət qazanmaq başlıca vəzifəniz olmalıdır. Başqalarında nöqsan axtarmaqdansa həmrəylik yaradın. Doğmalarınıza qarşı yersiz ittihamlara son qoyun.

Xərçəng - Səhər saatlarını sakit tərzdə başa vursanız, ulduzlar nahardan sonra ovqatınızı yüksəldəcək. Pulunuza qənaət edin ki, kisəniz vaxtından tez boşalmasın. Davranışlarda məxfiliyə riayət edin.

Şir - Yarımçıq qalmış öhdəliklərinizi yerinə yetirməyə tələsin. İlk növbədə ünsiyyətdə səmimi olun ki, ətrafınızdakılar sizə inansın. Maddiyyata çox da aludə olmayın.

Qız – Pula böyük ehtiyac duysanız da, şəxsi büdcənizi artırmaq üçün neqativ üsullardan yararlanmamalısınız. Hər şeyin öz vaxtı var. Nahar ərəfəsində yersiz mübahisələrdən qaçın.

Tərəzi - Bu gün saat 12:01-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ümumi ovqatınız aşağı ola bilər. Odur ki, səbrli olub yalnız Tanrıya sığının. Vaxt olsa, mütləq ziyarətgahlara baş çəkin.

Əqrəb - Adətən həftənin bu təqvimi sizin üçün zəngin keçir. Odur ki, özünüzdə güc tapıb bədbinləşməməli, hər bir məqamdan zövq almağa çalışmalısınız. Bu gün mərhəmətli və işlək olun.

Oxatan - Yalnız özünüzə aid işlərə baş qoşun. Əks təqdirdə ətrafınızda olanların yanında hörmətinizi itirə bilərsiniz. Hər addımda Tanrını başınız üstündə hiss edin. Duaları əsirgəməyin.

Oğlaq - Siyasi yönümlü hadisələrdən başqa bütün sahələrdə uğurlar sizi qoynuna alacaq. Fəaliyyətdə, ünsiyyətdə və maliyyə məsələlərində qənaətbəxş məqamlar yaşayacağınız gözlənilir.

Dolça - Astroloji göstəricilər iştirakçısı olduğunuz prosesləri nəzarətdə saxlamaq üçün gücünüzün yetəcəyini bəyan edir. Bu isə gün ərzində sizi bütün uğursuzluqlardan qoruyacaq.

Balıqlar - Artıq planetiniz olan Venera aktivlik nöqtəsindədir. Bu isə enerjinizin daha da artması deməkdir. Bu səbəbdən gözlənilən neqativlikləri dəf edəcəksiniz. Çətin məqamlarda dostlara güvənin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.