07.08.2018 Gündəlik Bürclər (7 Avqust 2018 Günlük Bürclər)

06 Ağustos 2018
4 281
0
07.08.2018 Gündəlik Bürclər (7 Avqust 2018 Günlük Bürclər)
QOç – Gün ərzində daha çox sağlıq durumunuzu nəzarətdə saxlayın. Özünüzü iqlimin şıltaqlığına hazır tutun. Bunu bacardığınız təqdirdə hər hansı problem çıxmayacaq. Bu gün yeni əlaqələr uğur vəd edir.

Buğa – Ailə-sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.

Əkizlər – Gündəlik ünsiyyətdə olduğunuz hər kəslə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Bacarıqsız adamlarla münasibətləri zəiflədin. Varlanmaq üçün imkan qazanacaqsınız.

Xərçəng - Ailə üzvlərinizlə müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq gedin.

Şir – Gələcək həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin. Saat 18-20 arası yeniliklər gözlənilir.

Qız – Ziddiyyətli bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir. Bunların ən yaxşısını seçin.

Tərəzi - Bu təqvimi sizin üçün avqustun ən uğurlu günlərindən biri zənn etsək, yanılmarıq. Bazar günü olmasına baxmayaraq, istirahətə yer ayırmaq mümkünsüz görünür. Başqalarının işinə qarışmayın.

Əqrəb – Bu gün uğur əldə etmək istəyirsinizsə, risk etməkdən qorxmayın. Bir də çalışın ki, hədəfiniz sağlam olsun. Neçə vaxtdan bəri davam edən maliyyə problemləriniz də aradan qalxmalıdır.

Oxatan – Bütün gücünüzü ortaya qoyub məqsədlərinizi reallaşdırın. Kiminsə köməyinə tam ümidlə bel bağlamayın. Belə həssas məqamlarda mənasız dedi-qoduya vaxt ayırmayın.

Oğlaq – Hər şeydən əvvəl haqqınızı qorumalısınız. Bu vaxta qədər keçdiyiniz yoldan, xüsusən də buraxdığınız səhvlərdən nəticə çaxarın. Yaxın 5 gündə bu analizlərin həyatınızı dəyişəcəyinə inanın.

Dolça – Maraqlı simalarla rastlaşma ehtimalınız böyükdür. Bu isə öz-özlüyündə planlarınızın sürətli inkişafında əhəmiyyətli rol oynayacaq. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.

Balıqlar – Büdcənizi artırmaq üçün geniş imkanlarınız var. Boş-boşuna vaxt itirməyə çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.