22.08.2018 Gündəlik Bürclər (22 Avqust 2018 Günlük Bürclər)

21 Ağustos 2018
4 303
0
22.08.2018 Gündəlik Bürclər (22 Avqust 2018 Günlük Bürclər)
Qoç – Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

Buğa - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

Əkizlər - Dünəndən Ayın bürcünüzə girməsi fəaliyyət sahəsində uğurlarınıza mane olmayacaq. Amma yeni münasibət qurmaq, qlobal problemləri həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu deyil.

Xərçəng - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.

Şir - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var.

Qız - O qədər də əlverişli gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

Tərəzi - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

Əqrəb – Əgər qəlbinizdə kiçicik bir iman işığı varsa, gün ərzində Allaha zidd hərəkətlər etməyin. Əksinə, Yaradandan tövbə və bağışlanma diləyin. Heç kimin qəlbinə dəyməyin. Saat 16-19 aralığı çox uğurludur.

Oxatan - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq, xüsusən də sevgidə. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız.

Oğlaq - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.

Dolça – Bu gün Bakı vaxtilə saat 21:07-də öz bürcünüz start götürəcək. O vaxta qədərsə riskdən uzaq olun ki, cəhdləriniz boşa çıxmasın. Nahar ərəfəsində perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.

Balıqlar - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.