24.08.2018 Gündəlik Bürclər (24 Avqust 2018 Günlük Bürclər)
Buğa - Ümumi süstlüyünüz kifayət qədər səngiyəcək. Bunu həm hadisələrin gedişatında, həm də rastlaşdığınız insanlarla münasibətlərdə görəcəksiniz. Planınızda varsa, uzaq səfərlərə çıxa bilərsiniz.
Əkizlər - Yeniliklər yolunuzu gözləyir. Həm münasibətlər istiqamətində, həm də fəaliyyət müstəvisində müsbət mənzərə yaranacaq. Hətta nahardan sonra maddi zəmində uğurlarınız da mümkündür.
Xərçəng - Maliyyə məsələləri ilə bağlı problemlərinizi həll etməyə çalışın. Bütün gücünüzü səfərbər etməklə istəyinizə yetişə bilərsiniz. Bu gün qida rasionunuzu da diqqətdə saxlayın - zəhərlənmə ehtimalınız var.
Şir - Bütün gücünüzü səfərbər edib yarımçıq işlərinizi yekunlaşdırın. Bu istiqamətdə sizə köməyi dəyəcək insanlara müraciət etməkdən də çəkinməyin. Deyilənləri edin ki, xoş günlərə start verilsin.
Qız - Yeni təkliflər gözlənilsə də, bütün hallarda tələsik razılıq verməyin. Etibar etdiyiniz şəxslərlə məsləhətləşin ki, bunun səmərəsini görəsiniz. Axşama yaxın bir neçə sürprizə hazır olun.
Tərəzi - Ulduzlar bir daha yalan vəd verməməyi tövsiyə edir. Əgər etibarınızı qoruya bilsəniz, təxminən saat 14-dən sonra ovqatınıza müsbət təsir edəcək hadisələr baş verəcək. Bu gün səfərə çıxmayın.
Əqrəb - Bütün astroloji göstəricilər bu gün ixtiyarın öz əlinizdə olacağını bəyan edir. Yalnız qarşınıza çıxan hər bir situasiyada obyektivliyinizi təmin etməlisiniz. Risk etməyə lüzum yoxdur.
Oxatan - Günün ilk yarısı maliyyə əməliyyatları aparmaq üçün cox uğurludur. Çalışın ki, bu prosesdə təcrübəli insanlarla bir arada olasınız. Nahardan sonra isə qayğıya ehtiyac duyan doğmalarınıza baş çəkəsiniz.
Oğlaq - Yüksək çinli adamlarla perspektivli danışıqlar aparmaq üçün yaxşı gündür. Xüsusən də saat 14-18 arası bu istiqamətdə uğurlarınız gözlənilir. Hər hansı tərəddüdə ehtiyac yoxdur.
Dolça - Nə qədər ki öz bürcünüz hakimdir, qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Xüsusən də cari problemlərinizin sürətli həllinə can atın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Balıqlar - Səhər saatları bir qədər gərgin başlasa da, özünüzü təmkinli aparmaqla vəziyyətdən qurtula bilərsiniz. Günün sonrakı saatlarında isə uğurlarınız bol olacaq. Uzaq yola çıxmayın.