21.09.2018 Gündəlik Bürclər (21 Sentyabr 2018 Günlük Bürclər)

20 Eylül 2018
5 474
0
21.09.2018 Gündəlik Bürclər (21 Sentyabr 2018 Günlük Bürclər)
Qoç - Bürcünüz üçün həftənin ən aktiv günü olacaq. Ulduzlar daha çox maliyyə imkanlarınızın genişlənəcəyini bildirir. Bu səbəbdən də potensialınızdan yararlanıb büdcənizi artırmağa çalışın.

Buğa - Dünəndən mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan bütün vacib işlərinizi təxirə salın. Bu gün müqəddəs ziyarətgahlarımızdan birinə səfər edin. Axşam maraqlı insanlarla üzləşəcəksiniz.

Əkizlər - Şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazansanız da, bu təqvimi mübahisəsiz başa vurmayacaqsınız. Ulduzlar son vaxtlar səbrsiz və əsəbi olmağınızdan şikayət edir.

Xərçəng- Ətrafınızdakıların sizin kimi olmamasından məyus olursunuz. Unutmayın ki, hər kəsin öz xarakteri var və reallığa düzgün yanaşmalısınız. Kobud adamlara qarşı sərt olun.

Şir- Gün ərzində yalnız adi işlərlə məşğul olmağa çalışın. Hansısa ciddi məsələyə müdaxilə etmək, risklərə meyllilik arzuolunmazdır. Xüsusən də saat 15-dən sonra ayıq-sayıq olun.

Qız - Ulduzların sizə verdiyi tarixi fürsətdən bəhrələnməyə çalışın. Bütün gücünüzü səfərbər edin. Boş dayanmaq məğlubiyyətdir. Yaxşı mənada hər bir vasitədən istifadə edin.

Tərəzi - Bütün gücünüzü fəaliyyətə həsr etsəniz, ötən günlərdə yarımçıq qalmış problemləri dəf edəcəksiniz. Uzaq səfərə çıxmaq fikrindən daşının. İşgüzar sövdələşmələrdən yan keçməyin.

Əqrəb - Rastlaşdığınız problemləri dinc yolla həll etməyə çalışın. Kənar müdaxilələrə o qədər də əhəmiyyət verməyin. Günün ikinci yarısı aldığınız hər bir dəvəti təxirə salın.

Oxatan - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getməksə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.

Oğlaq - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyə ehtiyacınız olacaq. Səhhətinizi qoruyun.

Dolça - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Axşama doğru yaxınlarınız tərəfindən sevinəcəyiniz gözlənilir.

Balıqlar - Hər bir münaqişədən uzaq olmağa çalışın. Rəqib və düşmənlərinizdən qisas almaqdansa yarımçıq planlarınızı yekunlaşdırın. Ailə-sevgi münasibətlərində səbrli və mülayim olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.