13.11.2018 Gündəlik Bürclər (13 Noyabr 2018 Günlük Bürclər)

12 Kasım 2018
5 662
0
13.11.2018 Gündəlik Bürclər (13 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Əsəblərinizi qoruyun ki, gün ərzində qarşınıza çıxan şanslardan lazımınca istifadə edə biləsiniz. Özünüzü ümidsizliyə sürükləməyin və daxili orqanlarınıza fikir verin.

Buğa- Qarşınızda böyük işlər durur və bu təqvimdə daha çox o barədə düşünməlisiniz. Sizə kömək edə biləcək hər kəsdən yaxşı mənada istifadə etməyə çalışın. Ailədə sabitliyi qoruyun.

Əkizlər- Əsas probleminiz insanlarla münasibəti normal səviyyədə tənzimləyə bilməməyinizdir. Bir qədər obyektiv olun. Bunu bacarsanız, günün ikinci yarısında mütləq əvəzini görəcəksiniz.

Xərçəng- Bu gözəl günün mahiyyətini sizin qədər qavrayan yoxdur. Amma qavramaq azdır, bütün ruhunuzla Allah rizası üçün hərəkətə keçməlisiniz. Humanistliyinizi daha da artırın.

Şir- Fəaliyyət göstərdiyiniz müəssisələrə baş çəkməkdənsə, müqəddəs yerləri ziyarət edin. Xeyirxah insanlarla bir araya gəlin, küsülüləri barışdırın, zavallıları sevindirin.

Qız- Yaxın bir həftədə görəcəyiniz bütün işləri planlaşdırmaq, müzakirələr aparmaq üçün çox uğurlu vaxtdır. Bu istiqamətdə təcrübəli insanların məsləhətlərindən də yararlanmaq olar.

Tərəzi- Bürcünüz neqativ kosmik ahəngə kökləndiyindən özünüzdə təpər tapıb müqəddəs işlərinizdən yayınmamalısınız. Xeyirxah əməllərinizi əsirgəməyin. Şəxsi büdcənizə xəsislik etməyin.

Əqrəb- İstirahət etməyə vaxtınız yetməsə belə, gün ərzində savab işlərinizin sayını artırmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun. Xüsusən də böyüklərə mərhəmət göstərin.

Oxatan- Daxili narahatçılığınızın səbəbi qəlbinizə yaxın insanlarla lazımi münasibət qura bilməməyinizdir. Bu gün həmin qüsurları aradan qaldırın. Uzaq yola çıxmaqdan çəkinin.

Oğlaq- Əgər ailə-sevgi münasibətlərində vəziyyət normaldırsa, digər məsələlərdə heç bir probleminiz olmayacaq. Maddi durumunuzun da yaxşılaşacağı gözlənilir.

Dolça- Günün birinci yarısında baş tutmayan bəzi cəhdlərinizə görə üzülməyin. Çünki sonrakı müddətdə onun əvəzi artıqlaması ilə ödənəcək. Ağlınıza gəlməyən sürprizlərə hazır olun.

Balıqlar- Xoş ovqat yaşamaq istəyirsinizsə, oturaq işlərə son qoyun. Yalnız bu halda ulduzların bəxşişini görə bilərsiniz. Bu gün ovqatınızı yüksəldən bir çox insanla qarşılaşacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.