28.11.2018 Gündəlik Bürclər (28 Noyabr 2018 Günlük Bürclər)

27 Kasım 2018
7 244
0
28.11.2018 Gündəlik Bürclər (28 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Hər hansı xoşagəlməzliklə rastlaşacağınızı düşünməyin. Çünki Göy qübbəsi hər mənada yardımçınız olacaq. İstər işdə, istərsə də qarşılıqlı əlaqələrdə təşəbbüskarlığı əldə saxlayın.

Buğa- Sürprizlər yolunuzu gözləyir. Çox güman ki, bir neçə sevindirici xəbər də eşidəcəksiniz. Üstəlik, nə vaxtdan bəri kasad olan şəxsi büdcəniz də normal hala düşməlidir.

Əkizlər- Mistik gündür. Daxili səsiniz, o cümlədən ruhi qüvvələr mövcud sıxıntılarınızdan çıxış yolu göstərməyə çalışaq. Saat 16-dan sonra istənilən mübahisədən yayının.

Xərçəng- Ulduzlar daha çox gəzinti və səyahətlər üçün uğurlu məqam olduğunu bildirir. Heç kimə yalan vəd verməyin. Sözünüzün ağası olun. Nahardan sonra uzaq səfərə çıxmaq olar.

Şir- Şəxsi işlərinizdə müsbət dönüş ərəfəsindəsiniz. Odur ki, hər bir qərarı çıxarmazdan əvvəl yüz yol ölçüb-biçməlisiniz. Saat 15-17 aralığını sevgi amilinə həsr edin.

Qız - Ümumi vəziyyətinizin gərgin olacağını xəbərləyən ulduzlar iş yerində, eləcə də qohumluq-qonşuluq əlaqələrində mülayim olmağı tövsiyə edir. Sağlıq durumunuzu diqqətdə saxlayın.

Tərəzi- Qarşılıqlı münasibətlər zəminində, xüsusən də sevgi davranışlarında ifrat ciddilik göstərməyin. Bu, sizə qarşı rəğbəti azalda bilər. Fiziki işlərlə az məşğul olun.

Əqrəb - Təxminən saat 14-ə qədər ümumi vəziyyətinizdə gərginlik müşahidə olunacaq. Göstərilən müddətdə müqəddəs ziyarətgahlara baş çəkməyə dəyər. Sonrakı saatlarda qazanmaq ehtimalınız var.

Oxatan- Səhhətinizlə bağlı bəzi xoşagəlməzliklər mümkündür. Bu səbəbdən də özünüzü soyuqdan, yuxusuzluqdan və siqaretdən qorumalısınız. Aldığınız təkliflərə tələm-tələsik razılıq verməyin.

Oğlaq- Yalnız fəaliyyət sahəsində uğurlarınız mümkündür. Yeni və maraqlı təkliflər alacağınız da istisna olunmur. Ailə və qonşuluq münasibətlərində isə mübahisəli situasiyalara cəlb oluna bilərsiniz.

Dolça- Ümumi çalarlarına görə olduqca uğurlu təqvimdir. Sadəcə olaraq, görəcəyiniz işlərin vaxtını düzgün bölməlisiniz. İşgüzar sövdələşmələr üçün də perspektivli ərəfədir.

Balıqlar- Sağlamlıqla bağlı problemləriniz gözlənilir. Qida rejiminə riayət edin. Daxili orqanlarınızın halına yanın. Səhhətinizə zərərli olan fiziki və psixoloji işlərdən uzaq olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.