26.12.2018 Gündəlik Bürclər (26 Dekabr 2018 Günlük Bürclər)
Buğa - Hər mənada uğurlu gündür, bir şərtlə ki, əsəblərinizi cilovlaya biləsiniz. Yalnız xeyirli şeylər arzulayın ki, sizə də xeyir gəlsin. Fəaliyyətdə uğurlarınız arta bilər.
Əkizlər- Göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün istiqamətlərə baş vurun ki, kisəniz boş qalmasın. Yeni görüşlərdən yayınmayın.
Xərçəng - Səhhətinizi qorumağı bacarsanız, ulduzlar sizi əməlli-başlı sevindirəcək. Saat 13-15 arası maraqlı bir təklif alacağınız gözlənilir. Çalışın ki, imtina etməyəsiniz.
Şir - Ailə üzvlərinizlə, xüsusən də sevdiyiniz adamla münasibətləri qaydasına salmaq istəyirsinizsə, güzəştə gedin. Unutmayın ki, həmişə kəsə yolla getmək olmur. Axşamsa qonaq gedin.
Qız - Hər ehtimala qarşı emosiyalarınızı cilovlamalısınız. Əsas enerjini biznesə həsr edin. Çünki büdcənizi artırmaq və sövdələşmələr aparmaq üçün olduqca düşərli gündür.
Tərəzi - Nəzərə alın ki, ortalığa pulla bağlı problemləriniz çıxa bilər. Bu səbəbdən də adı çəkilən mövzuya kifayət qədər həssas yanaşmalısınız. Ciddi sövdələşmələrdə iştirakdan yayının.
Əqrəb- Sağlamlığınıza fikir verin. Ulduzların düzümü fiziki xəsarətlər alacağınızı da istisna etmir. Tanış olmayan ünvanlara getməyin. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız.
Oxatan - Mübahisəli bir təqvim yaşayacaqsınız. Təmkininizi qoruya bilməsəniz, ciddi münaqişələrə də cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ailədə emosional çıxışlara son qoyun.
Oğlaq- Səhər saatlarında müəyyən gərginliklə üzləşmə ehtimalınız olsa da, sonrakı müddəti uğurlu keçirəcəksiniz. Yeni təkliflər alacağınız da mümkündür. Bir sözlə, sürprizlərə hazır olun.
Dolça- Ümumi gərginliyiniz kifayət qədər səngiyəcək. Ünsiyyətdə olduğunuz insanlarla, ələlxüsus da həmkarlarınızla davranışlarda mülayim olun. Perspektivli təkliflər ala bilərsiniz.
Balıqlar- Yeni xəbərlər yolunuzu gözləyir. Bütün astroloji göstəricilər nahardan sonra ağlınıza gətirmədiyiniz adamların sizə sürpriz vəd edəcəyini xəbər verir. Görüşləri təxirə salmayın.