14.02.2019 Gündəlik Bürclər (14 Fevral 2019 Günlük Bürclər)

13 fevral 2019
5 046
0
14.02.2019 Gündəlik Bürclər (14 Fevral 2019 Günlük Bürclər)
Qoç – Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə isə tam ümidlə baxın.

Buğa – Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki ayın ikinci yarısında bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

Əkizlər– Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

Xərçəng– Müqəddəs ziyarətgahlara getmək üçün günün ikinci yarısı münasib vaxtdır. Amma fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Çünki Ay bürcünüzdə qərar tutub.

Şir– Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nahardan sonra qazanmaq ehtimalınız var.

Qız– Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

Tərəzi– Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın və köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Əqrəb– Ayın ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə müəyyən qədər artım da mümkündür.

Oxatan– Saat 12-yə qədər uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Sonrakı müddət isə bu baxımdan səmərəli deyil. Evdə təmir aparmaq üçün bu təqvimin böyük əhəmiyyəti var.

Oğlaq– Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

Dolça– Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

Balıqlar– Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.
Şərh Yaz