15.02.2019 Gündəlik Bürclər (15 Fevral 2019 Günlük Bürclər)

14 Şubat 2019
5 528
0
15.02.2019 Gündəlik Bürclər (15 Fevral 2019 Günlük Bürclər)
Qoç- Ümumi məziyyətlərinə görə düşərli təqvim olsa da, mümkün qədər passiv olmamalısınız. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində cəldlik edin.

Buğa- Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Subyektiv maneələrə əhəmiyyətsiz yanaşın. Saat 14-16 arası aldığınız işgüzar təkliflərə ciddi baxın. Uzaq yola isə çıxmayın.

Əkizlər- İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaratmaqdadır. Lakin həkimə düşəcəyiniz gözlənilmir. Ulduzlar imkan daxilində istirahətə yer ayırmağınızı məsləhət görür.

Xərçəng- Sizin üçün çətin də olsa, qeyri-işgüzar münasibətləri arxa plana keçirməli, yalnız fəaliyyətə köklənməlisiniz. Karyera yüksəlişi üçün də bu təqvimin əhəmiyyəti böyükdür.

Şir- Ailə üzvlərinizlə ümumi dil tapmağa çalışın. Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin də şahidi olacaqsınız, hətta qazanc da mümkündür.

Qız - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları özünüz kimi etməyə gücünüz yetməyəcək. Yaxşı olar ki, orta xətt tapıb həyata davam edəsiniz. Bəxtinizdə pul da var.

Tərəzi- Günün birinci yarısını daha çox istirahətə həsr edin, səhhətinizə qayğı göstərin. Hər hansı sövdələşmə uğursuzdur. Sonrakı müddətdə isə iş planına doğru addımlar atmağa dəyər.

Əqrəb– Planetlərin pozitiv düzülüşü bürcünüzün sahəsində müsbət çalarlar yaradacaq. Bu isə sizi çoxlarından şanslı edəcək. Fiziki cəhətdən özünüzü yormamaq şərtilə çox sahədə uğurlarınız olacaq.

Oxatan- Əgər gün ərzində məkrli insanların təsirinə düşməsəniz, Göy qübbəsi ovqatınızı yüksəldəcək. Şübhəli görünən hər şeydən imtina edin. Sevgi münasibətlərində dəyanətli olun.

Oğlaq - Günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Sizə mövcud problemlərinizin həlli üçün yaxşı ideyalar veriləcək. Amma gərək maliyyə məsələlərində riskli və qərəzli addımlar atmayasınız.

Dolça - Qeyri-adi nəsə gözlənilmir, heç istəsəniz də bu, mümkün olmayacaq. Odur ki, əsas vaxtınızı müzakirələrə, kəm-kəsirlərin aradan qalxmasına həsr edin. Daxili orqanlarınızı da qoruyun.

Balıqlar - Hazırda sizi sıxıntıya məruz qoyan maddi problemləriniz bu gündən tədricən öz həllinə yaxınlaşacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək. Odur ki, bəri başdan bədbinləşməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.