16.02.2019 Gündəlik Bürclər (16 Fevral 2019 Günlük Bürclər)

15 Şubat 2019
5 641
0
16.02.2019 Gündəlik Bürclər (16 Fevral 2019 Günlük Bürclər)
Qoç– Səhhətinizi qorya bilsəniz, ixtiyarınızda olan bu təqvimdən xeyli razı qalacaqsınız. Ulduzlar əlverişli məqamlarla rastlaşacağınızı, yeni şanslar qazanacağınızı proqnozlaşdırır.

Buğa– Yaxşı olar ki, bu təqvimi bütünlüklə münasibətlər zəmininə yönəldəsiniz. Çünki ən böyük probleminiz ətrafda başa düşülməməyinizdir. Bunu bacarsanız, heç bir neqativlik görməyəcəksiniz.

Əkizlər– Bir neçə yeniliyin şahidi olacağınızdan xəbər verən ulduzlar ilk növbədə alicənablığınızı qorumağı məsləhət görür. Davranışlarda nə qədər səmimi olsanız, ümumi işin xeyrinə olacaq.

Xərçəng– Daxili sıxıntılardan qurtulmaq istəyirsinizsə, keçmişin acı xatirələrini yada salmayın, nikbinliklə gələcəyə baxın. Nahardan sonra müqəddəs yerləri ziyarət edin.

Şir– Əsas enerjinizi qarşılıqlı münasibətlərə sərf edin. Çünki indi ən çox süstlük deyilən istiqamətdə mövcuddur. Xırdaçı və qeybətcil adamlardan mümkün qədər uzaq olun.

Qız– Qarşınızda maraqlı bir gün durur. Lakin atacağınız addımlardan asılı olaraq prosesləri müsbət və ya mənfi istiqamətə yönəldə bilərsiniz. Odur ki, yolu özünüz seçməlisiniz.

Tərəzi– Qarşılıqlı münasibətlərdə ümumi vəziyyət qənaətbəxş olmasa da, fəaliyyət zəminində, ələlxüsus da gəlir əldə etməkdə irəliləyişləriniz mümkündür. Əmin olmadığınız halda söz verməyin.

Əqrəb– Hansısa xoşagəlməzliyin olacağını düşünməyin. Əksinə, nəzərdə tutduğunuz planların reallaşması istiqamətində uğurlara yetişəcəksiniz. Günün ikinci yarısında varlanacağınız mümkündür.

Oxatan– Bürcünüzün xarakterinə görə, sizə daha çox ikili fikirləriniz mane olur. Heç olmasa, bu gün qəti qərarlar verməyə çalışın. Yalnız bu halda rəğbət mərkəzində ola bilərsiniz.

Oğlaq– Şəxsi büdcənizin gələcək durumu bu gün atacağınız addımlardan çox asılıdır. Odur ki, qarşınıza çıxan ən xırda şansdan belə yararlanmalısınız. Təcrübəli adamlardan məsləhət alın.

Dolça– Göy qübbəsi adi işlərlə məşğul olmağınızı tövsiyə edir. İstənilən prosesdə tələskənlik yalnız planlarınızı poza bilər. Ailə-sevgi münasibətlərində mülayimlik göstərin.

Balıqlar– Bütün vacib işlərinizi günün ikinci yarısına təyin edin. Ötən yarım ay ərzində baş tutmayan cəhdləriniz bu gün yenidən start götürə bilər. Bu istiqamətdə təcrübəli adamlardan yararlanın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.