18.02.2019 Gündəlik Bürclər (18 Fevral 2019 Günlük Bürclər)

17 Şubat 2019
6 321
0
18.02.2019 Gündəlik Bürclər (18 Fevral 2019 Günlük Bürclər)
Qoç
Sizin güclü maşahidə qabiliyyətiniz dadınıza çatacaq və gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda münaqişə qaçılmazdır.

Buğa
Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.

Əkizlər
Həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək. Bu səbəbdən mənəvi dəstəyə ehtiyacı olanlar sizə müraciət edəcəklər.

Xərçəng
Riskə getməyin. Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. Bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın. Bürcün tənha nümayəndəlıri üçün bu gün yeni tanışlığa imza atmaq çətin olmayacaq.

Şir
Ən yaxşı xüsusiyyətlərinizi bu gün parlaq nümayiş etdirəcəksiniz. Bürcün bəzi nümayəndələri rəğbət bəslədikləri şəxsin etimadını qazana biləcəklər. Günün ikinci yarısı sizin üçün əhəmiyyət kəsb edən adamla ünsiyyətdə olmaq baxımından münasibdir. Ehtimal ki, çoxdankı mübahisəli ailə məsələsinə son qoyacaqsınız.

Qız
Bu gün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Yaxşı olar ki, əvvəl başladığınız işləri tamamlayasınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil. Istənilən tənqidi baxışa kritik yanaşmayın. Günün ikinci yarısında səhhətiniz korlana bilər.

Tərəzi
Gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. Yüksək məbləğli pul, yaxud da qiymətli hədiyyə alacağınız da gözlənilir. Günün ikinci yarısını evdə keçirməyiniz məsləhətdir.

Əqrəb
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək.

Oxatan
Gün mühüm əhəmiyyət kəsb edən olaysız, sürprizsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Sizə hələ buna hazır deyilsiniz.

Oğlaq
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu gün təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadırlar və buna nail olacaqlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana sahib olacaqsınız.

Dolça
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günün ortalarında həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.

Balıqlar
Gün kifayət qədər əyləncəli macəralar, o cümlədən romantik anlar vəd edir. Bu gün çox cəlbedici olacaqsınız. Bir zamanlar həyatınızda vacib rol oynayan adamla görüşəcəksiniz. Xroniki ürək-damar xəstəliyi olanların bu gün daha diqqətli olması lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.