19.02.2019 Gündəlik Bürclər (19 Fevral 2019 Günlük Bürclər)

18 Şubat 2019
6 466
0
19.02.2019 Gündəlik Bürclər (19 Fevral 2019 Günlük Bürclər)
Qoç
Başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Sizə hələ buna hazır deyilsiniz.

Buğa
Həyatınızı yaxşılığa doğru dəyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sözlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.

Əkizlər
Çalışın xırda məsələləri böyütməyəsiniz. Günün maliyyə mənzərəsi də qeyri-sabit olacaq. Belə ki, siz yaxınlarınızdan qənaət tələb etdiyiniz halda özünüz bədxərclik edəcəksiniz. Riskli eksperimentlərdən uzaq durun.

Xərçəng
Şərikli iş layihələrində problemlə çıxacaq, siz gözlədiyiniz yardımı əldə edə bilməyəcəksiniz. Yaxın ətrafınız da sizi anlamayacaq. Xoşbəxtlikdən yumor hissinizin olmsı və nikbinliyiniz istənilən situasiyadan çıxmaq üçün dadınıza yetəcək.

Şir
Işinizi genişləndirməklə karyeranızı da yüksəldəcəksiniz. Təcrübəliliyiniz ən çətin məsələlərin həllinə yardımçı olacaq. Qonaq qarşılamaq, ailə şənliklərinin keçirilməsi, yaxınlarınızla ünsiyyət üçün münasib gündür.

Qız
Zəhmətinizin dəyərləndirilməsi baxımından çox məhsuldar gündür. Yaxşı olar ki, böyük məbləğli xərcliklərdən uzaq durasınız. Ətrafdakılar sizi dəstəkləyəcək, tərifləyəcəklər. Buna baxmayaraq özünüzü narahat hiss edəcəksiniz.

Tərəzi
Ehtimal ki, bu gün yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. Yüksək məbləğli pul, yaxud da qiymətli hədiyyə alacağınız da gözlənilir. Günün axşam saatlarını evdə keçirməyiniz məsləhətdir.

Əqrəb
Ünvanınıza deyilən tənqidlərə kəskin reaksiya verməyin. Sadəcə, deyilənləri analiz edin. Yeni tanışlarınızın xoşuna gəlmək üçün can atacaqsınız. Günün ikinci yarısında səhhətiniz korlana bilər.

Oxatan
Sizin üçün vacib əhəmiyyət kəsb edən mövzuların müzakirəsi üçün bu gündən istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Oğlaq
Həyəcanlanacağınız istisna deyil. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.

Dolça
Işdə mühüm uğura imza atmaq şansınız var. Ehtimal ki, vəzifənizi qaldıracaqlar. Eşidəcəyiniz vacib xəbər isə şəxsi müstəvidə düzgün qərar verməyə kömək edəcək.

Balıqlar
Özünüzə inam və nikbinlik hissinin güclü olmasıyla ətrafdakıları cəlb edəcəksiniz. Ehtimal ki, məhsuldar əməkdaşlığa başlayacaqsınız. Səyahət etmək, uzaqdan gəlmiş birilə görüşmək, xarici dil öyrənmək yaxşı olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.