22.02.2019 Gündəlik Bürclər (22 Fevral 2019 Günlük Bürclər)

21 Şubat 2019
6 091
0
22.02.2019 Gündəlik Bürclər (22 Fevral 2019 Günlük Bürclər)
Qoç- Fəaliyyətlə bağlı vəziyyətiniz qənaətbəxş olacaq. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür. Sizə ümid və sevgi bəsləyənlərin inamından sui-istifadə etməyin. Təşəbbüskar olun.

Buğa - Şad xəbərlər yolunuzu gözləyir. Hətta yeni və maraqlı təkliflər almaq ehtimalınız da var. Nahar ərəfəsində qarşınıza çıxan şanslardan istifadə edin ki, gələcək günləriniz xoş olsun.

Əkizlər – Saat 12-yə qədər istirahət edib sonrakı müddətdə isə aktiv fəaliyyətə keçin. Aldığınız təkliflərə ciddi yanaşın. Qərar çıxararkən qətiyyətli olun. Reallıqdan kənara çıxmayın.

Xərçəng - Xoş bir gün yaşayacağınızdan xəbər verən ulduzlar maraqlı insanlarla rastlaşacağınızı bildirir. Dəvətlərdən boyun qaçırmayın. İmkan tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

Şir - Təxminən saat 15-ə qədər hər bir məsələdə neytral mövqe seçməlisiniz. Çünki göstərilən müddətdə orqanizminizdə passivlik hökm sürəcək. Sonrakı ərəfəni ailə-sevgi məsələlərinə həsr edin.

Qız - Yeni əlaqələr yaratmaq, perspektivli sövdələşmələrə başlamaq gün ərzində üzərinizə düşən başlıca vəzifə olmalıdır. İşlərin çoxluğundan xoflanmayın. Əsası odur ki, nəticə xeyrinizədir.

Tərəzi - Ulduzların düzümünə əsasən bu gündən etibarən şəxsi işlərinizdə müsbət dönüş yaranmalıdır. Bunun üçün müttəfiqlərinizlə daha sıx əlaqə saxlamalı, yalan vədlər verməməlisiniz.

Əqrəb - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, insanlarla münasibətdə bir qədər ehtiyatlı tərpənməlisiniz. Çünki gün ərzində ciddi münaqişələrlə üzləşmə ehtimalınız var. Pul da gözlənilir.

Oxatan- Rastlaşdığınız situasiyaların mürəkkəbliyindən qorxmayın. Ən azı ona görə ki, atdığınız hər bir addım ulduzlar tərəfindən dəstəklənir. Sevdiyiniz şəxslə münasibətləri qoruyun.

Oğlaq - İqlimin necəliyinə baxmayaraq, evdə oturmağa lüzum yoxdur. Çünki sizi müvəffəqiyyət gözləyir. Sevindirici xəbərlər, şəxsi işlərinizdə müsbət dönüş də mümkündür.

Dolça- Bir qədər qalmaqallı gündür. Təxminən saat 16-ya qədər proseslər mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, dua və ziyarətlərinizi əsirgəməyin. Özünüzü təmkinli aparın, səhhətinizə fikir verin.

Balıqlar - Ümumi kosmik mənzərə pozitiv olduğundan gün ərzində uğurlarınız çox olacaq. Rastlaşdığınız hadisələrin müsbət çalar daşıması və maddi problemlərinizin tənzimlənməsi sizi sevindirəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.