21.02.2019 Gündəlik Bürclər (21 Fevral 2019 Günlük Bürclər)

20 Şubat 2019
6 290
0
21.02.2019 Gündəlik Bürclər (21 Fevral 2019 Günlük Bürclər)
Qoç
Tez-tez fikirləşmədən danışırsınız. Səbirsiz olmayın. Gərginliyinizlə nə özünüzə, nə də ətrafdakılara rahatlıq vermirsiniz. Bu gün sövdələşməyə imza atmayın, çünki işgüzar müttəfiqin çoxsaylı vədinə baxmayaraq gözlədiyiniz məbləğ əlinizə gəlməyəcək.

Buğa
Yaxşı olar ki, bugünkü görüşləri təxirə salasınız. Yeni adamla tanış olmağa gəlincə, bu müstəvidə ehtiyatlı olmağınız lazımdır. Ilk dəfə gördüyünüz və yaxşı tanımadığınız adama birbaşa etibar etməyin. Sevdiyiniz adamla münasibətlərinizi soyuda bilən qısqanclığa zəmin yaratmayın.

Əkizlər
Sizi qorxudan xeyli xırda məsələləri həll edəcəksiniz. Təklikdə qərar verməyin. Şəxsi müstəvidə pozitiv tendensiyalar daha qabarıq şəkildə özünü büruzə verəcək. Hisslərinizi etiraf etməyə çəkinməyin, kənardan heç də gülməli görünməyəcəksiniz.

Xərçəng
Sizin istənilən addımınız ətrafdakıları əsəbiləşdirəcək. Yalnız ən yaxın ətrafınız sizi düzgün anlayacaq. Onların əhvalınızdakı dəyişikliklərə həssas yanaşmaları sizi də onlara eyni cür cavab verməyə məcbur edəcək. Gözlənilməz qonağınız olacaq. Siz bu gəlişə şad olacaqsınız.

Şir
Sizi diqqət mərkəzində olacağınız görüşlər, tədbirlər gözləyir. Rəhbərliyiniz altında keçirilən reklam kampaniyasının effektli olacağı bildirlir. Sizə elə gələcək ki, şəxsi müstəvidə bütün problemləri həll etmisiniz. Ancaq əslində isə bu belə deyil. Tam tərsinə olaraq daha da dolaşıq situasiyaya düşəcəksiniz.

Qız
Böyük məbləğli sövdələşmələr üçün münasib gündür. Işgüzar görüşlər uğurlu keçəcək. Bahalı əşya almaq olar. Bu müstəvidə söhbət daşınmaz əmlakdan da gedir. Ezamiyyət yeni professional perspektivlər vəd edir.

Tərəzi
Uğurlu gündür. Bu gün sizdən yanız tələb olunan ətrafdakıların arzu və istəklərinə hörmətlə yanaşmaqdan ibarətdir. Maddi vəziyyətinizi düzgün dəyərləndirə bilmirsiniz. Bu səbəbdən də düşündüyünüzdən çox itirmək ehtimalı var.

Əqrəb
Istənilən müstəvidə məhsuldar gündür. Çətin işlərin öhdəsindən məharətlə gələcəksiniz. Maraqlı və gözləmədiyiniz təklif alacağınız bildirilir. Ulduzlar çox düşünmədən təklifi qəbul etməyinizi məsləhət görür.

Oxatan
Gərgin gün olacaq. Bu gün çətin işlərlə və başqalarının problemlərinin həlli ilə məşğul olacaqsınız. Bürcün bəzi nümayəndələri həyatlarında dəyişiklik etmək istiqamətində ilk addımlar atacaqlar.

Oğlaq
Istedadınızın parlaq şəkildə üzə çıxan günüdür. Yeni iş mühitinə alışmaq, yeni işə çıxmaq üçün münasib gündür. Əks cinsin nümayəndələri ilə münasibət qurmaq üçün də əlverişli gündür. Ancaq sizin öz cazibənizdən sui-istifadə etməyiniz xoşagəlməz olaya zəmin yaradacaq.

Dolça
Ağır, ancaq məhsuldar gündür. Məsuliyyətin əsas yükü sizin çiyinlərinizə düşəcək. Elə bir adam tapmayacaqsınız ki, onunla bu yükü paylaşasınız. Çətinliklər sizi qorxutmasın. Maliyyə vəziyyətiniz yaxşılaşacaq.

Balıqlar
Başınız öz mövqeyinizi müdafiə etməyə elə qarışıb ki, heç sizə hücum edildiyinin fərqində belə deyilsiniz. Günün çətinlikləri və problemlərin səbəbi sizin səhvlərinizlə əlaqəlidir. Şou-biznes, siyasət və ictimai işlərlə məşğul olanlar üçün uğursuz gündür. Yola çıxmaq üçün də münasib gün deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.