16.03.2019 Gündəlik Bürclər (16 Mart 2019 Günlük Bürclər)

15 Mart 2019
6 196
0
16.03.2019 Gündəlik Bürclər (16 Mart 2019 Günlük Bürclər)
Qoç – İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.

Buğa – Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.

Əkizlər – Göy qubbəsi yavaş-yavaş həyatın nəbzini tutduğunuzu proqnozlaşdırır. Məhz bu gündən etibarən daxili sarsıntılarınız da səngiyəcək. Odur ki, özünüzdə güc tapıb hərəkətə keçin.

Xərçəng – Bu maraq dolu təqvimi daha çox dostlarınızla birlikdə keçirməyə çalışın. Başınıza gələn hər bir ideyanın böyük perspektivinə inanın. Gün ərzində maddi irəliləyişləriniz də gözlənilir.

Şir – Qarşınızda neytral bir gün durub. Bu səbəbdən qeyri-adi nəsə etməyə qalxmayın. Sənədləşdirmə məsələlərində diqqətli olun. Bu gün nəqliyyatla əlaqəli gərginlik olsa da, pul barədə uğurludur.

Qız – Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz.

Tərəzi – Nə qədər səmimi olsanız, hörmətiniz də bir o qədər artacaq. İstənilən münaqişədə tərəfsiz mövqe tutun ki, düşmənləriniz artmasın. Günün ikinci yarısında büdcəniz ağırlaşa bilər. Səfərə çıxmayın.

Əqrəb – Münasibətləri dərinləşdirmək üçün fürsətdir. Ürəyinizə yaxın bildiyiniz hər kəsə baş çəkməyə, heç olmasa zəng etməyə çalışın. Bugünkü addımlarınızdan asılı olaraq sizə qarşı münasibət müsbətə doğru dəyişə bilər.

Oxatan – Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.

Oğlaq – Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.

Dolça – Bahar nəfəsinin duyulduğu bu təqvimdə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.

Balıqlar – Qarşınızda elə bir gün durub ki, Göy qübbəsi addımbaşı sizi sevindirə bilər. Hər an möcüzə gözləyin, amma özünüz də boş oturmayın. Bu təqvimdə ailə üzvlərinizə qayğınızı əsirgəməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.