19.04.2019 Gündəlik Bürclər (19 Aprel 2019 Günlük Bürclər)

18 Nisan 2019
6 987
0
19.04.2019 Gündəlik Bürclər (19 Aprel 2019 Günlük Bürclər)
Qoç – Sevindirici xəbərlər yolunuzu gözləyir. Gün ərzində ovqatınız tamamilə yüksək olacaq. Hətta nahardan sonra yeni təkliflər alma ehtimalınız da var. Daxili orqanlarınıza isə fikir verin.

Buğa – Ulduzların düzümü yeni təkliflər alacağınızı bəyan etsə də, tələsməməyi məsləhət görür. Çünki təmkindən doğmayan qərarlarınız uğursuz ola bilər. Uzaq dəvətləri təxirə salın.

Əkizlər – Çətin məqamlarınız ötməkdədir. Bunu sürətləndirmək üçün etibar etdiyiniz hər kəsdən məsləhət almağa tələsin. Ulduzlar maddi durumunuzu dirçəltməyə çalışacaq. Axşama doğru müqəddəs məkanlara gedin.

Xərçəng – Günün birinci yarısı hər cür sövdələşmə və müzakirələr üçün passiv vaxtdır. Odur ki, adi işlərlə məşğul olub səhhətinizə fikir verməlisiniz. Saat 15-dən sonra isə müəyyən uğurlar mümkündür.

Şir – Kimdənsə nəsə gözləmək indiki ağır vaxtda xəyaldan başqa bir şey deyil. Tənbəlliyin daşını atın. Artıq aktivləşmə məqamıdır. Saat 16-dan 19-a qədər bütün potensialınızı işə salın.

Qız – Bürcünüzün ixtiyarında olan bu təqvim uğurlu keçəcək. Odur ki, boş yerə vaxt itirməyin. Nahar ərəfəsində perspektivli sövdələşmələrdə iştirakınız gözlənilir. Uzaq yola çıxmayın.

Tərəzi – Tez-tez ünsiyyətdə olduğunuz insanlarla xırda mübahisələriniz mümkündür. Lakin Göy qübbəsi belə cəfəngiyyata vaxt sərf etməyinizi məsləhət görmür. Kənar müdaxilələrə aludə olmayın.

Əqrəb – Göy qübbəsi insanlara qarşı soyuqqanlı olmağınızdan şikayətlənir. Bacardığınız qədər təmkinli olun. Əsəblərinizi qoruyun ki, ürəyinizdəki çoxsaylı arzularınız reallaşsın.

Oxatan – Səfərə çıxmaq üçün uğurlu gündür. Büdcəniz imkan verdiyi təqdirdə bu şansı əldən verməyin. Bu təqvimdə darıxdığınız adamlarla rastlaşacaqsınız. Şəxsi işlərinizdə dönüş də mümkündür.

Oğlaq – Ümumi məziyyətlərinə görə gərgin təqvimdir. Lakin iradəniz hesabına bu xoşagəlməzlikləri dəf edə bilərsiniz. Xüsusən də nahardan sonra əsəblərinizi dəmir çərçivəyə salmalısınız.

Dolça – Bu gözəl gündə öhdəliklərinizi başa çatdırmağa tələsin. Çünki axşama yaxın səfərə çıxmaq və ya qonaq getmək üçün şansınız var. Təzə xəbərlər də mümkündür. Mübahisələrdən yayının.

Balıqlar – Son vaxtlar riskli hərəkətlərə tez-tez yol verirsiniz. Hər halda, ehtiyatlı olun. Zamanla ayaqlaşmağa çalışın. Günün ikinci yarısında maraqlı insanlarla rastlaşacağınız gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.