23.04.2019 Gündəlik Bürclər (23 Aprel 2019 Günlük Bürclər)

22 aprel 2019
5 201
0
23.04.2019 Gündəlik Bürclər (23 Aprel 2019 Günlük Bürclər)
Qoç
Gün birmənalı olmayacaq – bir tərəfdən bir neçə qələbə, planlarınızın uğurla reallaşması gözlənilir, digər tərəfdən isə nail olduqlarınız sizi qane etməyəcək, istədiyiniz kimi alınmayacaq, yaxud da əldə etdiklərinizin gərəksiz olduğunu düşünəcəksiniz. Yaxınlarınızla mübahisədən uzaq durun, çünki bu gün başlanan münaqişə sizin həyatınızı korlaya bilər.

Buğa
Şəxsi müstəvidə vəziyyət heç də ürəkaçan olmayacaq. Sizin bir-birinizdən narazılığınız yüksək həddə çatacaq, nəticədə münaqişə ehtimalı var. Ulduzların fikrincə, əgər mübahisənizin əsas səbəbini araşdırmasanız, münaqişədən qaça bilməyəcəksiniz.

Əkizlər
Əla gündür. Bizneslə bağlı əla ideyalarınız olacaq. Düzdür, onları dərhal reallaşdıra bilməyəcəksiniz, amma hər bir halda, maddi durumunuzu yaxşılaşdıracaqsınız. Bu gün əməkhaqqınızın, yaxud da vəzifənizin qaldırılması mövzusunda söhbətlər apara bilərsiniz. Ən yaxın adamınız sizi yaxşı anlayır.

Xərçəng
Sizə elə gəlir ki, ətrafdakıların hamısı sizdən narazıdır. Ən pisi də odur ki, çətin vəziyyətə düşərkən kömək etdiyiniz adamlardan xoşagəlməz ifadələr eşidəcəksiniz. Eşidicəyiniz başqa bir xəbər sizi yaxınlarınızın təhlükəsizliyi naminə dərindən düşünməyə vadar edəcək. Bu gün gərgin və həyəcanlı keçəcək.

Şir
Siz gözlənilmədən və ustalıqla elə bir manevr edəcəksiniz ki, bununla da rəqibləriniz üzərində qələbə çalacaqsınız. Mövqeyinizi qoyub saxlayacaqsınız. Söhbət hiylədən deyil, düzgün atılmış addımdan gedir. Yaradıcılıq potensialınız da artacaq.

Qız
Kifayət qədər işgüzar təkliflər alırsınız, onlardan bəziləri gəlirinizin artacağını, karyeranızın yüksələcəyini vəd edir. Siz yeni kollektivlə işləməkdən çəkinmədən indiki iş yerinizi tərk etməyə hazırsınız. Yaxşı düşünüb-daşının, çünki özünüzü stresli situasiyaya sala bilərsiniz.

Tərəzi
Ehtimal ki, işdə problemləriniz olacaq. Müdiriyyətlə aranızda münaqişə yaranacağı gözlənilir. Siz haqlı olduğunuzu isbatlayacaqsınız, amma xoşagəlməz olay iştirakçıların yaddaşına həkk olunacaq. Şəxsi müstəvidə isə vəziyyət yaxşı olacaq.

Əqrəb
Yadda saxlayın, bu gün sizdən işdə diqqətli və ehtiyatlı olmaq tələb olunur. Məhz bu keyfiyyətlər sayəsində yanlış addımlardan qaça bilərsiniz. Yaxınlarınızın əsəblərilə oynamayın, onlar sizin planlarınızdan agah olmaq istəyirlər.

Oxatan
Ehtimal ki, xoşagəlməz xəbər eşidəsiniz. Bu xəbər maliyyə ilə bağlı olacaq – ya əməkhaqqının azaldılması, yaxud da hansısa itki ola bilər. Həmkarlarınız və ya müdiriyyətlə münasibətlərin korlanacağı da bildirilir. Siz öz imkanlarınızı qiymətləndirərək təkbaşına ərsəyə gəlməyən işlərdən yapışacaqsınız.

Oğlaq
Sizin üçün çox çətin gündür. Nüfuzunuzu ciddi zərbə təhlükəsi gözləyir. Ən çətini nüfuzunuzu qoruyub saxlamaq olacaq. Maddi itki də istisna edilmir. Yaxşı olardı ki, yaxınlarınızla çətin məsələləri müzakirə etməyəsiniz.

Dolça
Bir çox istiqamətlərdə əla gündür. Imkanlar sizin arzularınız çərçivəsində olacaq və qələbələri də asanlıqla qazanacaqsınız. Şəxsi həyatda xoş dəyişiklik olacağı da gözlənilir. Sevgi etiraflarına və təriflərə təəccüblənməyin, çünki bu gün siz çox valehedicisiniz.

Balıqlar
Sizin çiyinlərinizdə ağır yük var, lakin bu, sizdə ruh düşkünlüyü yaratmayacaq. Bu da o deməkdir ki, uğurlar da uzaqda deyil. Yaxınlarınıza görə həyəcanlanacaqsınız. Onların düşünülməmiş addımları xoşagəlməz olaylar yaşadacaq. Bu gün siz başqalarının işilə məşğul olacaqsınız.
Şərh Yaz