10.10.2019 Gündəlik Bürclər (10 Oktyabr 2019 Günlük Bürclər)

09 Ekim 2019
6 186
0
10.10.2019 Gündəlik Bürclər (10 Oktyabr 2019 Günlük Bürclər)
Qoç
Səbirsiz olmaqla gözlənilməz qərarlar verə bilərsiniz. Istəklərinizi ortaya qoymadan əvvəl bir daha düşünün. Yanlışlıqlara yol verməyin. Yoldaşlarınıza qarşı bir az səbirli davranın.

Buğa
Hadisələrə baxışınız dəyişəcək. Onsuz da həyatı daha fərqli qəbul etdiyiniz bir gün yaşayırsınız. Bu gün fərqli istəkləri reallaşdırmanız mümkündür. Əhvalınız yüksək olacaq.

Əkizlər
Bir xəbər sizi həyəcanlandıracaq. Bu səbəbdən narahatlıq keçirə bilərsiniz. Əhvalınızı pozmayın və dərhal qərar verməyin. Çünki vəziyyət keçicidir.

Xərçəng
Yanlış anlamalar üzündən çətin vəziyyətə düşə bilərsiniz. Istəklərinizi ifadə edərkən ehtiyatlı davranın, ağlınızdan keçənləri söyləmədən əvvəl bir daha düşünün. Uzun zamandır görmədiyiniz köhnə dostlarınızla qarşılaşa bilərsiniz.

Şir
Hərəkətli bir gündür. Hadisələr böyük bir həyəcan yaşadacaq. Ürəyinizdən keçənləri sevgilinizlə paylaşın. Uzaqlarda olan yaxınlarınızla görüşə bilər və ya onun ziyarətinə gedə bilərsiniz.

Qız
Duyğularınızın hərəkətə keçdiyi bir gündür. Yoldaşlarınızla çox xoş tədbirlər təşkil edə bilərsiniz. Sevgilinizlə birlikdə dost dəvətlərinə qatıla bilərsiniz. Spirtli içkilərdən uzaq durmağınız məsləhətdir.

Tərəzi
Istəklərinizlə hissləriniz zidd olacaq. Içinizdən yüksələn istəklərin yaradacağı təzyiq nəticəsində gərginlik yaşayacaqsınız. Yaxınlarınıza qarşı daha anlayışlı davranmanız lazımdır. Bu gün problemlərin öhdəsindən gələcəksiniz.

Əqrəb
Gün boyu məntiqli addımlar atacaqsınız. Sevdiyiniz şəxslə aranızdakı münasibəti düzgün istiqamətdə qurmaqla özünüzü daha rahat və şən hiss edəcəksiniz.

Oxatan
Həssas olacağınız bir gündür. Istəklərinizi ortaya qoyarkən gərginlik keçirəcəksiniz. Ancaq sakit və səbirli davranmağı bacarsanız. Şünki hadisələrin inkişafı istədiyiniz kimi olacaq.

Oğlaq
Bu gün gözlədiyiniz xəbərləri ala bilərsiniz. Yaxınlarınız dəstəyini əsirgəməyəcək. Yoldaşlarınızla birlikdə təşkil edəcəyiniz məclisə sevdiyiniz şəxsi də dəvət edəcək, birlikdə şən vaxt keçirəcəksiniz. Aranızdakı əlaqə daha da möhkəmlənəcək.

Dolça
Diqqətinizi yönəltdiyiniz mövzularla bağlı məsələlərdə nə zamandır qərar verə bilmirsiniz. Günün maliyyə məzərəsi isə kefinizi yüksəldəcək. Heç nəyin narahatlığını keçirməyəcəksiniz.

Balıqlar
Qatılacağınız bir yığıncaqda aşiq olacağınız adama rast gələ bilərsiniz. Diqqətli və cazibədar olmaqla ətrafınızdakılara təsir edəcəksiniz. Səyahətə çıxmaq üçün böyük həvəslə hazırlıq işlərinə başlayacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.