04.04.2020 Gündəlik Bürclər (4 Aprel 2020)

03 Nisan 2020
5 188
0
04.04.2020 Gündəlik Bürclər (4 Aprel 2020)
Qoç
Yaradıcı potensialınız yüksəkdir. Yeni ideyalarınız yaranır. Bu gün sizin üçün bir qədər çətin olacaq. Şəxsi münasibətlərlə bağlı mühüm qərarlar qəbul etmək olar.

Buğa
Həyatınızda yeni başlanğıclar üçün məhsuldar zamandır. Maddi gəlir gözlənilir. Uzun zamandır sizi narahat edən maliyyə probleminizi həll edəcəksiniz.

Əkizlər
Uğurlu gündür. Maddi gəlirinizin olacağı da istisna deyil. Doğru qərarlar qəbul edəcəksiniz. Işlərinizin çox olmasına baxmayaraq, köməyə ehtiyacı olan dostlarınıza yardım etməyə imkan tapacaqsınız.

Xərçəng
Mənasız məsələlərə çox vaxt sərf etməyin. Ən çətin işləri həll edə biləcəksiniz. Xarici görüşünüzü dəyişməkdən çəkinməyin. Sizinlə bərabər ailənizin istifadə edəcəyi əşyalar ala bilərsiniz.

Şir
Pozitiv gündür. Iş birlikləri qurmaq üçün uğurlu ərəfədir. Professional sahədə müsbət dəyişikliklər gözlənilir. Gələcəkdə sizə köməyi toxunacaq insanlarla tanışlıqlar mümkündür. Sevdiyiniz insanın xoş sözlərə ehtiyacı var.

Qız
Qarşı cinsin xoş sözlərinə və dost dəstəyinə ehtiyacınız olacaq. Nüfuzlu şəxslərlə görüşdən çəkinin. Çünki bu gün qarşıya qoyduğunuz məqsədə çatmaq uğrunda səhvlər etmə ehtimalınız var.

Tərəzi
Romantik görüşləriniz ürəkaçan olacaq. Mühüm işgüzar məsələləri həll etmək üçün əlverişli gündür. Irimiqyaslı işbirlikləri qurmaq, yeni müttəfiqlər qazanmaq üçün uğurlu gündür.

Əqrəb
Səyahətə çıxmaq üçün elverişli gündür. Inadkar olmanız kiçik problemlər yarada bilər. Səbirli olmağa çalışın, çünki nəticə faydalı olacaq. Intuisiyanız çox güclüdür.

Oxatan
Hər addımınızı düşünməkdə fayda var. Yalnız bu yolla məqsədinizə çatarsınız. Xırda anlaşılmazlıqlar yaşayacaqsınız. Məmnun olmadığınız hər hansı situasiyanı qaydasına salmazdan əvvəl çox diqqətli hərəkət edin.

Oğlaq
Maliyyə məsələlərində çox diqqətlisiniz, səhvlərə yol vermirsiniz. Yeni, romantik tanışlıqlar mümkündür. Sevgilinizi sevindirmek şansınız olacaq.

Dolça
Hər hansı bir görüşə getmək üçün günün ikinci yarısı daha münasibdir. Baş verənlərə görə məsuliyyət daşımanız bir sıra çətinliyə səbəb olur. Lakin günün sonlarına doğru səhvlərinizi düzəldə biləcəksiniz.

Balıqlar
Həyat potensialınız yüksək olacaq. Tələskən olmayın. Maraqlı tanışlıqlar və görüşlər üçün uğurlu gündür. Intuisiyanız sizə nəyi necə etməyi diqtə edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.