12.05.2020 Gündəlik Bürclər (12 May 2020)

11 Mayıs 2020
3 112
0
12.05.2020 Gündəlik Bürclər (12 May 2020)
Qoç
Ehtiyatlı olun. Xırda məsələlərə qarşı diqətli olun, əsasən onlar xoşagəlməz olayların başlanğıcı ola bilər. Biznes və ya siyasi fəaliyyətlə məşğul olanlar üçün gün daha çətin keçəcək. Yaxınlarınızı planlarınızdan uzaq tutmayın. Istənilən sirdən uzaq durun.

Buğa
Məhsuldar gündür. Rəqibləriniz və düşmənləriniz onları gözləyən təhlükədən duyuq düşərək yolunuzdan kənara çəkiləcəklər. Bir sıra çətin məsələlər tezliklə öz həllini tapacaq. Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Yeni tanışlıq da gözlənilir.

Əkizlər
Bu gün tez-tez ətrafdakılardan istəmədən inciyəcəksiniz. Bir sözlə, istənilən ünsiyyət sizin üçn emosional imtahan olacaq. Alış-verişlə, bahalı əyləncə ilə əhvalınızı qaldırmağa çalışmayın. Əksinə, artıq pul xəcləyəcəksiniz. Sizi narahat edən məsələdən söhbət açsanız, yaxın ətrafınızdan mənəvi dəstək görərsiniz.

Xərçəng
Inadkarlıqla məqsədinizə çatacaqsınız. Qələbə qazanmaq asan olmasa da özünüzlə fəxr edəcəksiniz. Bu gün çoxlarında yaxşı təəssürat yaradacaqsınız. Gəlir əldə etmək şansınız olacaq. Başqa bürcün nümayəndələrilə müqayisədə çətin tapşırıqların öhdəsindən gəlməyi bacaracaqsınız.

Şir
Idmanla və ya fiziki işlə məşğul olmaq üçün münasib gündür. Ehtimal ki, ən yaxın adamınızdan qiymətli hədiyyə və ya böyük məbləğli pul alacaqsınız. Əgər həyat eşqiniz yüksək və mübarizsinizsə, onda ən çətin işdən yapışın.

Qız
Karyera pillələrində yüksəlmək şansınız var. Ehrimal ki, yaxşı iş təklifləri alacaqsınız. Istənilən təşkilati işlə məşğul olmaq olar. Siz bəzən yaxın ətrafınıza qarşı çox kəskin olursunuz. Xoşbəxtlikdən qarşı tərəf buna çox əhəmiyyət vermir.

Tərəzi
Ətrafdkılarla aranızdakı münasibətin gərgin olacağı gözlənilir. Xoşagəlməz situasiyadan qurtulmağı bacaracaqsınız. Bunun üçün ilk əvvəl ətrafdakıların tənqidindən inciməyin və emosional şəxslərlə ünsiyyətdə olarkən soyuqqanlığınızı qoruyub saxlayın.

Əqrəb
Çətin gündür. Yadda saxlayın ki, bu gün işgüzarlıq qabiliyyətiniz aşağı olacaq. Bu üzdən kolleqalarınızdan geri qala bilərsiniz. Boş vaxtınızı evdə keçirin. Maliyyə böhranı da gözlənilir. Ehtimal ki, fırıldaqçıların qurbanı olacaqsınız.

Oxatan
Bürcün nümayəndələri ictimai işlərdə fəallıq göstərəcəklər. Gününüzü xeyriyyə işlərinə həsr etmək itəsəniz bir çoxlarına yardım edərsiniz. Sizə hrtərəfli etibar edən adamla iş birliyi quracqsınız. Işdə məhəbbət macərası profesional fikir ayrılığına gətirib çıxarmayacaq.

Oğlaq
Lazımsız riskə getməsəniz, uğurlu gündür. Yaxşı olar ki, əvvəlcədən qurulmuş plan üzrə hərəkət edəsiniz. Bu günə təyin etdiyiniz görüşlər yaxşı keçəcək. Ideyalarınızı hamı bəyənəcək. Bu gün təntənli mərasimlər üçün geyim, qiymətli aksesuarlar ala bilərsiniz.

Dolça
Düzgün istiqamət tutsanız, çox uğurlu gün yaşayarsınız. Şəxsi müstəvidə istənilən təşəbbüs müsbət istiqamətdə dəyişikliyə doğru aparacaq. Çoxdankı ailə problemini həll etmək imkanınız da olacaq. Bu isə həm özünüzün, həm də yaxınlarınızın həyatını rahatladacaq.

Balıqlar
Bu gün çətin xasiyyətli adamla belə yola getmək asan olacaq. Bürcün bəzi nümayəndələri fiziki işlə məşğul olacaqlar. Yorulmayacaqsınız. Günün ikinci yarısında baş tutan sövdələşmə uğurlu allınacaq. Günün bu vaxtı həmçinin alış-veriş üçün də münasib sayılır.
Əvvəlki Xəbər Növbəti Xəbər