27.05.2020 Gündəlik Bürclər (27 May 2020)

26 Mayıs 2020
3 791
0
27.05.2020 Gündəlik Bürclər (27 May 2020)
Qoç
Xırda məsələləri böyütməyin. Xoşbəxtlikdən bu halınız gün ərzində yalnız bir neçə saat davam edəcək. Daha sonra müsbət və anlayışlı bir tərz nümayiş etdirəcəksiniz.

Buğa
Başınızı qarışdıran problemləri bu gündən etibarən təhlil etməyə başlayın. Yoldaşlarınızla əlaqələriniz güclənir. Müəyyən işləri reallaşdırmaq üçün onlardan yardım istəyə bilərsiniz. Pulla bağlı çətinlikləri çox böyütməyin.

Əkizlər
Bu gün daxili səsinizə qulaq asın. Gərəksiz mübahisələrə girməkdən uzaq durun. Ətrafdakılara qarşı əsəbi münasibət nümayiş etdirməyin. Bu, qarşı tərəf üçün xırda qanqaraçılıq ola bilər, ancaq sabah böyük zərəri özünüz çəkəcəksiniz.

Xərçəng
Bu gün bir az həssas və küsəyən olacaqsınız. Adi xırda hadisələrdən dərhal təsirlənə bilərsiniz. Hisslərinizin sizi idarə etməsinə imkan verməyin.

Şir
Yaxınlarınızla aranızdakı problemlərdən uzaqlaşıb diqqətinizi işlərinizə yönəldin. Pul xərcləmələrində bir az daha tədbirli davranmağınız lazımdır. Gərəksiz xərcləmələrdən uzaq durun, yoxsa peşmançılığını çəkəcəksiniz.

Qız
Son dərəcə hərəkətli bir gündür. Verdiyiniz vədləri yerinə yetirməyiniz çətin olacaq. Eyni vaxtda çox məsələ ilə maraqlanmaq məcburiyyətində qalacaqsınız. Bu səbəbdən diqqət əskikliyi və unutqanlıq istisna deyil.

Tərəzi
Gəlir mövzusunda yeni inkişaf gözlənilir. Enerjiniz və istəyinizin yüksək olduğu bir gündür. Işlərinizi uğurla başa vuracaqsınız. Bu müstəvidə sevgilinizin dəstəyini ala bilərsiniz. Özünüzü güclü hiss edəcəksiniz.

Əqrəb
Bu gün qarşılaşacağınız bir hadisə emosional qarışıqlıq yaşamağınıza səbəb olacaq. Ancaq zehni fəaliyyətiniz bu gündən etibarən yüksəldiyi üçün qarışıqlıq halından çıxıb daha sağlam düşünə biləcək, daha qərarlı davranacaqsınız.

Oxatan
Daxilinizdəki narahatlıq fikirlərinizi qarışdıracaq. Ailə üzvləri və qonşuluq əlaqələrinizdə bəzi anlaşılmazlıqlar yarana bilər. Siz öz tərəfinizdən anlayışlı olmağı bacarsanız, problemlər özü-özlüyündə həll olunar.

Oğlaq
Dostlarınızla aranızdakı əlaqələr son dərəcə güclü olacaq. Təəssüf ki, bunu sevgi münasibətlərinə şamil etmək mümkün olmayacaq. Müəyyən şübhələr sizə narahatlıq gətirəcək.

Dolça
Gəlirlə bağlı ümidləriniz özünü doğruldur. Yeni istəklər baş qaldıracaq və onları reallaşdırmaq üçün hərəkətə keçəcəksiniz. Yaxın ətrafınızın sizə dəstək verməsi özünüzü güclü hiss etməyinizlə nəticələnəcək.

Balıqlar
Bu gün müxtəlif dəvətlər ala bilər, bir neçə yığıncağa qatıla bilərsiniz. Detallara qapılmayın. Gün ictimai fəaliyyət baxımından məhsuldardır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.