28.06.2020 Gündəlik Bürclər (28 İyun 2020)

27 Haziran 2020
3 917
0
28.06.2020 Gündəlik Bürclər (28 İyun 2020)
Qoç
Məntiqlə hərəkət edin. Yalnız bu yolla günün suallarına cavab tapa bilərsiniz. Bugünkü görüşləriniz pis keçməyəcək. Ehtimal ki, gözlənilməz görüş də olacaq. Heç də bürcün bütün nümayəndələri ilk gördükləri adam barədə düzgün təəssürat qura bilmir. Buna baxmayaraq, peşmançılıq olmayacaq.

Buğa
Həyata baxışınız nikbin, əhvalınız isə yaxşı olacaq. Yaradıcılıq eksperimentləri aparmaq üçün münasib gündür. Günün əsas hissəsini uzaq qohumla ünsiyyətə həsr edəcəksiniz, gözləmədiyiniz vaxtda o, sizin ziyarətinizə gələcək. Qonaqların çox qalacağı ehtimal olunur.

Əkizlər
Başqalarının işilə çox məşğul olursunuz. Düzdür, özgələrin qayğısına qalmaq üçün münasib gündür. Şəxsi problemləriniz arxa plana keçəcək. Bunların həlli ilə də kimlərinsə məşğul olacağı gözlənilir. Ehtimal ki, gəliriniz olacaq.

Xərçəng
Professional sferada dəyişikliklər, gözlənilməz təkliflər olacağı bildirilir. Xarici dil öyrənmək və ya uzaqdan təşrif buyuran şəxslərlə təmasda olmaq üçün əlverişli gündür. Bu gün gündəlik qayğı və işlri unutmaq istəyəcəksiniz.

Şir
Şəxsi müstəvidə işlər qaydasında olacaq. Yaxınlar sizin qayğınıza qalacaqlar. Hətta xoş sürprizlərilə sizi sevindirəcəklər. Sevdiyiniz şəxsə evlənmək təklifi etmək, hisslərinizin etirafı üçün ən uyğun zamandır.

Qız
Işgüzar danışıqlar üçün münasib gündür. Bütün görüşmələr uğurlu keçəcək. Ehtimal ki, yeni layihə üzərində çalışacaqsınız. Işdə məhəbbət macərası yaşayacağınız da istisna edilmir.

Tərəzi
Uğurlu gündür. Zamanınızı mənasız işlərə həsr etməsəniz günün uğurlu olduğunu anlayarsınız. Əvvəllər ətrafdakıların etimadını qazanmayan ideyalarınızı reallaşdırmaq üçün lazımi andan istifadə etməyi bacarın. Istənilən problemə baxış tərziniz dəyişəcək. gün xoş ünsiyyət vəd edir.

Əqrəb
Gün məhsuldar olacağını vəd edir. Həmçinin gün səfər və səyahətə çıxmaq üçün münasibdir. Günün ikinci yarısı dostlarla görüş üçün əlverişlidir. Professional avtoritetiniz yüksələcək. gözləmədiyiniz mənbədən pul gələcək.

Oxatan
Çox məhsuldar gündür, bir çox işlərdə proqress olacaq. Bu gün bütün problemləri həll etmək iqtidarındasınız. Günün ikinci yarısını anlaşılmazlıqdan qaynaqlanan münaqişələrin tənzimlənməsinə həsr edcəksiniz.

Oğlaq
Sizi çox sayda görüş və ünsiyyət gözləyir. Təəssüf ki, xoşagəlməz adamlarla ünsiyyətdən həmişə qaçmaq mümkün olmur. Yaxınlarla səmimi olun və kəskin ifadələrdən, adamı küsdürən zarafatlardan uzaq durun.

Dolça
Gün rahat və xoş ola bilər, lakin bir çox “Dolça”lar özlərinə artıq problem yaradacaqlar. Yaxşı olar ki, həyatdan kam alasınız, problemlər barədə düşünməyəsiniz. Son günlər anlaşa bilmədiyiniz adamla münasibətləri düzəldə biləcəksiniz.

Balıqlar
Riskli hərəkətlərə yol verirsiniz. Gün təhsildə uğur vəd edir. Rəğbətiniz olmayan adamların həyatınıza müdaxilə edəcəyi gözlənilir. Ulduzlar bildirir ki, yalnız öz problemlrini deyil, başqalarının da dərdilə maaqlananların üzünə bəxt güləcək. Yardıma görə dost-tanışlar sizə minnətdar olacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.