14.07.2020 Gündəlik Bürclər (14 İyul 2020)

13 Temmuz 2020
3 618
0
14.07.2020 Gündəlik Bürclər (14 İyul 2020)
Qoç – siz öz seçdiyiniz yoldan dönmürsüz, hətta bu yolda nə qədər problem çıxsa da, siz öz fikrinizdən daşınmırsız. Ancaq bu istək boşuna deyil. Siz hər şeyə nail olacaqsınız. Qadınların köməyi sizə çata bilər. Onlara ümid edə bilərsiniz.

Buğa – Bəzi cəzbedici təkliflər gəlsə də, siz hər adama çox inanmırsız və tələsik qərar qəbul etmirsiz. Şəxsi həyatda yeniliklər ola bilər. Ancaq köhnə münasibətləri yerinə qoymadan yenisinə keçməyiniz düzgün deyil. Sevən buğalar öz sevdiklərinə çox da vaxt ayıra bilmirlər, bu da təbii ki, mübahisələrə gətirib çıxarır.

Əkizlər – Onlarla yola getmək çox asandır. Gün maliyyə məslələrini yoluna qoymaq və alış-veriş etmək üçün gözəldir. Günün ikinci yarısında əhvalınız korlana bilər. Bu vaxtı romantik görüş təyin etmək ağılsızlıq olardı. Vacib görüşləri də bu vaxta salmanız məsləhət deyil.

Xərçəng – siz qarşınıza qoyulan məqsədlər üçün çalışırsınız və bir şeyi görmürsünüz ki, sizin etdiyiniz bütün hərəkətlər ətrafdakı insanlara təsir edir. Maraqlı professional təkliflər gələ bilər, ancaq siz bir şeyi bilməlisiz ki, məsuliyyətli işlərdə etdiyiniz hər bir səhvdən sizin iş yoldaşlarınız sizə qarşı istifadə edə bilərlər.

Şir – çətin vəziyyətə düşə bilərsiniz. Problemləri təkbaşına həll etməyi ağlınıza belə gətirməyin. Əgər siz kömək üçün kiməsə müraciət etsəz, vaxta və gücünüzə qənaət etmiş olarsınız. Bu günə vacib görüşləri sala bilərsiniz. Çünki hər şey sizin istədiyiniz kimi olacaq. Şirlər bu gün həm də iş yerini və ya evini dəyişə bilərlər. Bunun üçün əlverişli bir gündür.

Qız – çox etibar etdiyinz şəxslə fikir ayrılığı ola bilər. Əsəbi olarkən heç bir qərar verməyin. Çünki, biraz keçəndən sonra başa düşəcəksiz ki, siz səhv fikirləşirdiniz.

Tərəzi – özünüzdən çox şey tələb etməyin. Ətrafdakıların böyük ümidlərini doğrultmağa çox çalışmayın. Yaradıcı işlərlə məşğul olmaq olar. Musiqi ilə məşğul olmağınız izə əlavə ruh bağışlayacaq. Bəzi maliyyə problemləri ola bilər, amma siz bunun öhdəsindən gələcəksiniz.

Əqrəb – Sizdən əsas tələb olunan odur ki, vaxtı çox düzgün və yerində dəyərləndirəsiz. Başınızı çox lazım olmayan fikirlərlə doldurmayın. Çox əlverişli bir gün olacaq. Aktual və ciddi bir şeyə yönəlin. Iş görüşləri vaxtınızın çox hissəsini alacaq, amma nəticə hər bir tərəfi qane edəcək.

Oxatan – şəxsi münasibətlərdə işlər biraz qəliz olacaq. Sadəcə, əgər burda söhbət sizin hisslərinizdən gedirsə, kompromisə getmək biraz çətin olacaq. Siz qarşı tərəfi də başa düşməlisiz. Həm də ətrafınızdakı insanlar özləri heç kimə bir şey vermədikləri halda, digərlərindən çox şey tələb edirlər.

Oğlaq – siz bu gün çox enercili, işgüzar və inadcısız. Gün çətinliklərin öhdəsindən gəlmək üçün əlverişlidir. Intellekt potensialınız yüksək olacaq və siz başqalarının tapa bilmədiyi sualları çox asanlıqla çözəcəksiniz.

Dolça – bu gün başqa günlərə nisbətən çox güclü olacaqsınız. Hər bir maneəyə, onun asan və ya çətin olmağından asılı olmayaraq, daha əzmlə yanaşıb qalib gəlirsiniz. Siz bəzən çox əsəbləşirsiz və bu əsəbinizi heç aidiyyatı olmayan insanın üstünə tökürsüz. Bu da təbii ki, ətrafınızdakı insanlara pis təsir edir.

Balıqlar – maliyyə məslələrinin yaxşılaşması gözəl bir şey haqda fikirləşməyə vadar edir. Siz bunu boynunuza alırsız, amma o pulları düzgün yerlərə xərcləmək istəmirsiz. Yaxınlarınızın qənaət haqda dedikləri isə sizə təsir etmir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.