02.10.2020 Gündəlik Bürclər (2 Oktyabr 2020)

01 Ekim 2020
2 845
0
02.10.2020 Gündəlik Bürclər (2 Oktyabr 2020)
Qoç
Işdə inkişaf olacaq. Gün məhsuldarlığıyla seçiləcək. Yaxınlarınız sizi dəstəkləyəcək, ən yaxın adamınız isə sizin zəif tərəflərinizi anlayışlı qəbul edəcək. Bütün gününüzü işə həsr etsəniz, şəxsi həyatınızı ikinci planda qoysanız, bu halda, ailədə mübahisə yaranacaq.

Buğa
Sizə dəstək verəcəklərini, kömək edəcəklərini vəd edənlər sözlərinin üstündə dayanmayacaqlar. Həmkarlarınız arasında əks cinsin nümayəndələri sizi təəccübləndirəcək. Həyat eşqiniz yüksək olduğundan enerji qıtlığından şikayətçi olmayacaqsınız. Amma bəzən qapını açmaq yerinə divarı sökürsünüz. Bu cür səhvlərə də yol verməsəniz, daha yaxşı olar.

Əkizlər
Çox da ciddi olmayın. Sizi narahat edən problemlərin həlli asandır. Maliyyə məsələlərinin həllində isə ciddilik və məsuliyyət tələb olunacaq. Ehtimal ki, romantik macəra yaşayacaqsınız. Bu bağlılıq ciddi xarakter daşımasa da, həyatınıza rəngarənglik qatacaq.

Xərçəng
Çətinlik baş verərsə, günahkar axtarmağa çalışmayın. Bu situasiyada sakitliyə riayət etməyiniz məsləhətdir. Yaşlı qohumlarla aranızdakı münasibət gərgin olaraq qalacaq. Ən yaxın adamınızla münasibətə gəlincə, bu müstəvidə vəziyyət daha yaxşı olacaq. Birlikdə vaxtınızı yaxşı keçirəcəksiniz.

Şir
Sakit gündür. Yeni müttəfiqlərlə işgüzar əlaqələrinizi qaydaya salacaqsınız. Onların arasında elə adamlar olacaq ki, bir zamanlar onunla əlaqə yaratmaq sizin üçün yuxu olub. Ailədə qarşılıqlı anlaşma hökm sürəcək. Sizin məsləhətlərə kiçikdən tutmuş, böyüyə qədər hamı qulaq asacaq.

Qız
Riskə getməyi, sərbəst hərəkət etməyi bacaran “Qız” işlərinin öhdəsindən gələ biləcəklər. Ulduzların fikrincə, özünüzə inamınız olsa, situasiyanı dəyişə biləcəksiniz. Eksperimentlər etməkdən çəkinməyin. Yeni tanışlığa gəlincə, bu müstəvidə öz hissləriniz barədə cəsarətlə danışmağa qadirsiniz. Nə qədər səmimi olsanız, bunun faydası çox olar.

Tərəzi
Başqalarına ziyan vermədən məqsədə çatmaqda nəyi necə etməyin yollarını gözəl bilirsiniz. Yalnız özünüzə inamın olmaması uğur qazanmağınıza mane ola bilər. Yaxşı olar ki, heç olmasa, daxili inamınızı qoruyub saxlayasınız. Adi qısamüddətli tanışlıqdan böyük macəra yaşaya bilərsiniz.

Əqrəb
Sizin üçün yeni olan sferada əməkdaşlıq üçün əlverişli gündür. Siz hamı üçün faydalı olacaq plan quracaqsınız. Gün həm də köhnə əlaqənin bərpası baxımından münasibdir. Sevgidə bəxtinizin gətirməsinə baxmayaraq, pul məsələsində bunu söyləmək mümkün deyil.

Oxatan
Plan üzrə hərəkət etməyə çalışın. Bürcün elmi-tədqiqat işilə məşğul olan nümayəndələri üçün uğurlu gündür. Çətin tapşırıqların öhdəsindən gələcəksiniz. Şəxsi müstəvidəki münasibətlərin sonrakı inkişafı sizdən asılı olacaq.

Oğlaq
Gün yüksək yaradıcılıq potensialıyla fərqlənəcək. Çalışın, ətrafınızda sağlam mühit olsun. Situasiyanı izləyin ki, münasib fürsəti qaçırmayasınız. Işinizdə parlaq nəticə qazanmaq şansınız var ki, bunun da sonluğu sizə var-dövlət vəd edir.

Dolça
Gün sizə sürpriz gətirəcək. Günün hadisələri nəinki xoş inkişafdan xəbər verəcək, həmçinin ağlagəlməz dərəcədə uğurlu olacaq. Gün ailə layihəsinin reallaşdırılması baxımından uğurludur. Yaxınlarınız sizi dəstəkləyəcək.

Balıqlar
Qeyri-adi gün olacaq. Romantik münasibətlər müstəvisində dəyişikliyə hazır olun. Bu gün sevginizi bəyan etmək üçün əlverişli zamandır. Siz özünüzə arxayınsınız, ətrafdakılar da sizi rədd etməyəcək. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, bu gündən işgüzar məqsədlər üçün də yararlana bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET