12.02.2021 Gündəlik Bürclər (12 Fevral 2021 Günlük Bürclər)

11 Şubat 2021
4 186
0
12.02.2021 Gündəlik Bürclər (12 Fevral 2021 Günlük Bürclər)
Qoç
Siz mübarizlik əzminizlə fəxr edə bilməyəcəksiniz, bu günə planlaşdırdığınız gəzintiyə vaxt ayırsanız, yaxşı olar. Heç kimə etibar edə bilmirsiniz. Qənaətcil olmasanız, maddi baxımdan korluq çəkəcəksiniz.

Buğa
Uğur sizi çox gözlətməyəcək. Istənilən işinizə məsuliyyətlə yanaşırsınız deyə, səhv buraxmırsınız. Bu gün elə bir adamla görüşəcəksiniz ki, onun ideyalarından öz maraqlarınız çərçivəsində bəhrələnəcəksiniz.

Əkizlər
Gün, çətin ki, xoşunuza gəlsin. Heç kim dadınıza yetməyəcək. Qohumlardan da kifayət qədər tənqidi fikirlər eşidəcəksiniz. Konflikt yaşayacağınız istisna edilmir. Barışmaq ehtimalı isə yaxın zamanlar üçün gözlənilmir.

Xərçəng
Bu gündən etibarən xoş olmayan dövr başlayır. O, cümə axşamına qədər davam edəcək. Işdə baş verəcək uğursuzluğa hazır olun. Qənaətcil olmağı da unutmayın, çünki yaxın zamanlarda pula ehtiyacınız olacaq.

Şir
Sizin bəxtiniz gətirəcək. Gün qonaq qəbul etmək baxımından uğurlu sayılır. Ehtimal ki, uzaqdan qohumunuz gələcək.

Qız
Bu gün yaxşı formada olmayacaqsınız. Günün maliyyə mənzərəsi də ürəkaçan deyil. Itki, cərimə və yaxud da buna bənzər problemlərin olması təhlükəsi istisna olunmur.

Tərəzi
Uğurlu gündür. Rəqibləriniz sizə mane olmağa çalışacaqlar. Bunun üçün narahat olmağa dəyməz, çünki bir azdan anlayacaqlar ki, sizinlə rəqabət aparmağa gücləri kifayət etmir.

Əqrəb
Elə də maraqlı gün deyil. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq, heç bir iş sizi cəlb etməyəcək. Bu üzdən də əhvalınız korlanacaq. Ən yaxşısı, istirahətə çox vaxt ayırmaqdır.

Oxatan
Sizin bəxtiniz gətirməyəcək. Bununla barışmaq asan deyil, amma başqa çarəniz də yoxdur. Özünüzü qoruyun. Əsəb gərginliyindən sonra axşama doğru səhhətiniz korlana bilər. Yuxusuzluqdan əziyyət çəkəcəyiniz ehtimal olunur.

Oğlaq
Görüş üçün pis gün deyil. Bu gün əhatənizdə olanlarda özünüzlə bağlı xoş təəssüratlar yaradacaqsınız. Ailə üzvlərinizlə bir müddət əvvəl yaranmış inciklik aradan qalxacaq.

Dolça
Işgüzarlıq səviyyəniz aşağıdır. Rəhbərliklə mənasız yerə mübahisə edirsiniz, bununla da həm özünüzün, həm də ətrafdakıların əhval-ruhiyyəsini korlayırsınız. Ən pisi budur ki, bu cür mübahisələrin yaratdığı pis əhval-ruhiyyə hətta istirahət günlərində də sizə rahatlıq vermir.

Balıqlar
Sizin üçün çətin gündür. Ehtimal ki, ciddi xəyal qırıqlığına uğrayacaqsınız. Buna səbəb sizin rəğbət bəslədiyiniz şəxsin ümidlərinizi doğrultmaması olacaq. Ailə üzvlərinizlə aranızdakı münasibətlər korlanacaq, siz artıq güzəştə getmək istəməyəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.