15.02.2021 Gündəlik Bürclər (15 Fevral 2021 Günlük Bürclər)

14 Şubat 2021
3 543
0
15.02.2021 Gündəlik Bürclər (15 Fevral 2021 Günlük Bürclər)
Qoç
Son zamanlar günün əsas hissəsini əyləncələrə sərf edirsiniz. Dincəlmək lazımdır, amma ciddi işlər barədə də düşünməyi unutmayın. Bu gedişlə uçuruma gedə bilərsiniz. Yaxınlarınız sizdən daha ciddi nəticələr gözləyir.

Buğa
Bir zamanlar sizə yuxarıdan aşağı baxanlar indi özləri qarşınıza qaçacaqlar. Bundan xüsusi həzz alacaqsınız. Ulduzlar bir zamanlar məhz bu günü sizə yaşadacaqlarını vəd etmişdi.

Əkizlər
Həmişəki işlər, həmişəki qayğılar… Bəzən bunlardan bezirsiniz. Yeni həyat arzusuyla yaşayırsınız. Ulduzlar o günü görəcəyinizi vəd edir. Bu səbəbdən qanınızı qaraltmayın, səbrli olun.

Xərçəng
Yeni işlərə imza atmaq, bacarığınızı hərtərəfli nümayiş etdirmək keçəcək könlünüzdən. Bir balaca da səy göstərsəniz, istədiyinizə nail ola bilərsiniz. Yaxşı olar ki, bu mövzuda yaxın ətrafın fikirlərini də dinləyəsiniz. Məsləhətli don gen olar.

Şir
Son zamanlar başınız problemlərinizə qarışıb. Bu səbəbdən də getdikcə əsəbi olursunuz. Səhhətinizə qarşı diqqətli olun. Bundan isə ilk növbədə yaxınlarınız təsirlənir. Onların gümanını yanıltmayın.

Qız
Paxıl olmayın, bildiklərinizi paylaşın. Bundan ən çox siz faydalanacaqsınız. Çünki qarşı tərəfin də sizə ötürəcəyi informasiya az deyil. Işlərinizi qaydaya sala bilərsiniz.

Tərəzi
Həftə sonu dincəlin, həftəlik stress, məsuliyyətli işlərin yükünü atmağa çalışın. Ailə üzvlərinizlə birlikdə keçirəcəyiniz anlar xoş dəqiqələr yaşadacaq.

Əqrəb
Uğurlu gündür. Ətrafdakıların hamısı ilə dil tapacaqsınız. Işdə və evdə vəziyyət sabit olaraq qalacaq. Gəzintiyə çıxa bilərsiniz. Hamı sizin ideyalarını bəyənəcək və onları reallaşdırmaq istiqamətində dəstəkləyəcəklər.

Oxatan
Yaxşı olar ki, başınızı sizə aid olan işlərlə qatasınız. Əhatənizdə baş verənlərə göstərdiyiniz sərt reaksiyalar xoşagəlməz hallar yaradacaq. Sonunda isə yenə müqəssir siz olacaqsınız.

Oğlaq
Təhsil almaq, yeni informasiyalar mənimsəmək baxımından uğurlu gündür. Bu gedişatla parlaq gələcəyə yol açacaqsınız. Nəzərə alın ki, sizə qibtə edənlər də az deyil.

Dolça
Başqalarının pulla həll etdiyi məsələləri siz ağıl, dərrakə və şirin dilinizlə həll edirsiniz. Bu bacarıq hamıya nəsib olmur. Bundan faydalanmağa çalışın. Yeri gələndə öz məqsədlərini reallaşdırmaq fürsətini də qaçırmayın.

Balıqlar
Yeni tanışlar ürəyinizcə olacaq. Onların vasitəsilə əldə etdiyiniz məlumatlardan faydlanmağa çalışacaqsınız. Iştirak etdiyiniz tədbirdən sonra gözəl ideyalar, təəssüratlar sizi xəyallarınızı reallaşdırmağa sövq edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.