ALiYeVdən Günlük Bürclər 21.11.2014

20 Kasım 2014
2 435
0
ALiYeVdən Günlük Bürclər 21.11.2014
ALiYeVdən Günlük Bürclər 21.11.2014

Qoç - yaxşı potensialı olan gündür. Yeni qərar qəbul edin, məşğul olduğunuz işə keyfiyyətli dəyişikliklər edin. İşdə detallara və təfərrüatlara xüsusi fikir verin.
Danışıqlar, sənədləşdirmə, yazışma, dostlarla görüş üçün yaxşı zamandır.
Mühüm işləri günün ilk yarısında başa çatdırın.
Səhhətiniz də aktual məsələdir.
Günün ikinci yarısında vaxt tapıb tibbi diaqnostikadan keçmək, sağlamlıq prosedurlarına başlamaq, yeni pəhriz tutmaq üçün əlverişlidir.
Yaxşı məsləhət almaq olar.
Axşam saatlarında dostlarla ünsiyyətdə olun.

Buğa - maraqlı, hadisələrlə zəngin gündür. Tənbəllik etməyin, mümkün qədər iş görməyə çalışın.
Hadisələr emosional maraqlarınızın cəmləşdiyi mövzularda təmayülləri formalaşdırırlar. İnformasiya ilə iş pis alınmayacaq. Maraqlı ideyalar və əməkdaşlıqla bağlı cazibədar təkliflər formalaşacaq.Əsas işləri nahara qədər bitirin. Günün ikinci yarısı effektiv deyil. Planlarınızı reallaşdırmaq çətinləşir.Yaşam arealının estetik formata salınması üçün yaxşı gündür. Hobbi və maraqlarınız üçün alətlərlə avadanlıq alın.
Axşam saatlarında çoxdan görmədiyiniz insanla görüşə bilərsiniz.

Əkizlər - işlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeya və ya layihənizin reallaşması üçün ciddi səy göstərin, detallara fikir verin. Sonucun məzmunlu və faydalı olmasına çalışın.
Vaxtınızı elə planlaşdırın ki, ən mühüm işlərin öhdəsindən günün ilk yarısı gələ biləsiniz.
Günün ikinci yarısı görüş, barışıq, keçmişdə qoyub irəliyə hərəkətinizə mane olmasına imkan vermək istəmədiyiniz problemlərin həlli üçün yaxşı vaxtdır.
Gələcəklə bağlı planlar qurun.

Xərçəng - səhər saatlarından etibarən genişmiqyaslı və ciddi işə başlamaq olar. Təşəbbüskar və qətiyyətli olun. Ətrafınızdakı insanları kollektiv fəaliyyətə sövq edin.
Günün ikinci yarısında fəallığınız bir qədər azalacaq. Ev işləri və ailə tədbirləri üçün yaxşı vaxtdır. Yeni istiqamətə, işə maraq yarana bilər.
Yeni fikir və ideyalarınızı həmfikirlərlə paylaşın, görüşdə və ya yazışmada müzakirə edin. Əlaqələrin bərpası üçün müxtəlif səbəblər yaranır.
Axşam saatlarında ev üçün gərəkli işlərlə məşğul olun.
Gəzinti və səfər üçün yaxşı zamandır.


Şir - formalaşan şərtlərə dürüst uyğunlaşın, məqsədlərinizə doğru optimal kursu seçin. Yaxın gələcəkdə baş verəcək hadisə ilə bağlı ilkin siqnallar alınır.
Təşəbbüskar olun. Xüsüsi ümidləriniz olan məsələlərin öhdəsindən gəlməyə çalışın.
Alış-veriş üçün əlverişli gündür.
Heç bir olaya süni təkan verməyin. Şəraitə uyğun hərəkət edin. Aldığınız dəvətdən, həyatın sizə təklif etdiyi nemətlərdən imtina etməyin.
Səhhətinizə fikir verin.
Axşam saatlarında istirahət edin, xoş işlə məşğul olun.

Qız - mühüm qərarın qəbul ediləcəyi gündür. Fəaliyyət obyektində dəyişikliklər edin, rekonstruksiyaya başlayın. Münasibətlərdəki dəyişikliklər perspektivlərinizə müsbət təsir edəcək. Sərfəli əməkdaşlığın ərəfəsidir. Əvvəllər həyata keçirdiyiniz layihələrdən dividendlər əldə edə bilərsiniz.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların qayğısına qalın, onlara ürək-dirək verin. Deyilənlərin həyata keçmək şansı az deyil. Təhlil edin, planlar qurun. Fəqət, spontan yaranan imkanlara rasional yanaşma sərgiləyin.
Hədiyyə və gəlir istisna deyil.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.

Tərəzi - hər şey əladır. Lakin bütün bunları rutin olaylar saymayın. Görüləsi işlər az deyil. Praktiki əməllərə üstünlük verin, yaşam arealını qaydaya salın. Başladığınız işdən maksimum mənfəət və ciddi nəticə əldə etməyə çalışın.
Ünsiyyətiniz hadisələrin cari axarına təsir edəcək hisslər və xəbərlər vəd edir.
Alış-verişdə qənaətli davranın.
Orqanizminizdə təmizləmə proseduru aparın. Tənha qalaraq yaşananları təhlil etməyə vaxt tapın.Prioritet və hədəfləri müəyyənləşdirin.

Əqrəb - kollektivdə qəfil xəbər ala bilərsiniz. Malik olduğunuz imkanları nəzərə alaraq davranın. Baş verənlərdən bəhrələnmək üçün mümkün olan hər şeyi edin.
Uğur və nailiyyətləriniz bəxtdən asılıdır. Bacarıqlı, işini bilən insanlarla əlaqə saxlayın. Nikbin olun.Günün ikinci yarısında puç illüziyalara, romantikaya qapılmayın. Yeni hiss yarana bilər. Mövcud münasibətlərdə yeni ümumi perspektivlər və planlar formalaşır.
Səhhətinizə fikir verin, profilaktik tədbirləri unutmayın.
Alış-veriş üçün münasib gündür.


Oxatan - dəyişikliklərin başlandığı dönəmdir. Perspektivlərinizlə bağlı informasiya alacaqsınız. Yaxın ətrafınızdakı insanlar layihələrinizi dəstəkləməyə hazırdır. Kiçik problemləri arxa plana salın.Yaşam sizə hədiyyə verə bilər. Seçimlərinizi genişləndirmək üçün xeyli əlverişli situasiyalar yaranır. Tələsin, belə vəziyyət çox davam etməyəcək.
Fərqli maraqları və çoxlu faydalı ideyaları olan insanlarla ünsiyyət daha sərfəlidir. Həmfikirləriniz ətrafınıza toplaşacaq. Söhbətdən daha çox faydalı fikir mübadiləsinə üstünlük verin.

Oğlaq - uzaqdan xoş xəbər ala bilərsiniz. Poçt qutularınızı yoxlayın. Sizi maraqlandıran kontaktlarda fəallaşın. Günün ilk yarısında bir neçə yerə baş çəkin, perspektiv planları tərəfdaşlarınızla müzakirə edin. Komanda işi, layihələrin aktiv tanıtımı və mühüm məsələnin inkişafı əsnasında dəyişikliklər üçün əlverişli zamandır.
Sınaqlardan və eksperimentlərdən qorxmayın.
Günün ikinci yarısı şəxsi münasibətlərdə dönüş zamanıdır. Rəğbət, sayğı izharı maraqlarınızın təminatı baxımından müsbət rol oynaya bilər.
Ailəvi istirahət və tədbirlər uğurlu olacaq.
Alış-veriş edə bilərsiniz.

Dolça - yaşam və iş arealına xüsusi fikir verin. Aktuallığını itirmiş layihələrlə ümidsiz hisslərdən qurtulun. Qüvvələrinizi bərpa edin.
Zəruri prosedurlardan yararlanın.
İşlərin gedişatına və ya tərəfdaşla münasibətlərə xələl vura biləcək yeni məlumat alına bilər.
Proses başlayıbsa, onu dayandırmağa çalışmayın. Təşkilati məsələləri sürətlə, mümkün qədər tez həll etməyə çalışın.
Günün ikinci yarısında sürətli nəticə verə biləcək işlərə köklənin. Aktual layihələrdə təfərrüatlara fikir verin. İşinizin nəticəsinin mənalı, bitkin və tamamlanmış olmasına səy göstərin.

Balıqlar - əhvalınız yaxşı ola bilər. Amma qarşınıza qoyulan tapşırıqlar və işlər artır. Praktik olun, amma yaradıcılıq ideyalarını da unutmayın. Detallara xüsusi fikir verin. Əməyinizin məhsulunu mükəmməl edin. Sizi yaxın ətrafınızla birləşdirən məqamları tapın.
Əməkdaşlıq imkanlarını genişləndirmək üçün yaxşı gündür.
Günün ikinci yarısında ailə üzvləri sizə dəstək verəcəklər. Ev işləri ilə məşğul olun, yaxınlarınıza yardım deyil.
Sevdiyiniz insanlardan diqqət və qayğınızı əsirgəməyin. Yaxınlarınızdan birinin özünü naqolay, zəif hiss etdiyi məqamda ona arxa durun.
Alış-veriş üçün əlverişli zamandır.
Axşam saatlarında ailəvi istirahəti seçin. wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.