08.03.2021 Gündəlik Bürclər (8 Mart 2021 Günlük Bürclər)

07 Mart 2021
3 596
0
08.03.2021 Gündəlik Bürclər (8 Mart 2021 Günlük Bürclər)
Qoç
Çoxdankı münaqişənin çözülməsi hansısa probleminizi həll edəcək. Bu gün faydalı imkanları diqqətdən qaçırmayın. Axşam saatlarında bir qədər gəzintiyə çıxın. Təmiz havada dolaşmaq əhvalınızı yaxşılaşdırar.

Buğa
Məişət problemlərinin qaydaya salınması baxımından əlverişli gündür. Yeniliklərlə bağlı tələskənliyə yol verməyin. Gərginlik müşahidə olunan situasiyada ehtiyatlı olun.

Əkizlər
Başqalarının geri çəkiləcəyi yerdə irəliləyirsiniz. Şəxsi münasibətlər üçün çətin gündür. Mahiyyəti və məzmunu olmayan söhbətlərə qatılmayın. Amma çətin vəziyyətə düşmüş tərəfdaşınıza yardım edin.

Xərçəng
Faydalı əməkdaşlıqdan gəlir əldə edəcəksiniz. Hədiyyələr də istisna deyil. Məhsuldar əməkdaşlıq üçün yeni imkanlar formalaşacaq. Əvvəlki layihələrin təkmilləşdirlməsi vaxtıdır.

Şir
Neytral işlə məşğul olun. Ideyalarınızı təqdim etməyə tələsməyin. Şəxsi münasibətlərdə təzyiqə əl atmayın. Bu faydalı nəticənin əldə edilməsinə maneə olacaq. Yaxınlarınıza kömək edin.


Qız
Haqlarınızı tapdalayanın qarşısından geri çəkilməyin. Soyuqqanlı və təmkinli davranın. Nəyinsə baş verəcəyini düşündüyünüz situasiyalarda diqqətli olun. Daxili gərginlik, iddia və tələb səviyyəsini aşağı salın.

Tərəzi
Yaşanan olaylarla bağlı sürətli və dəqiq qərarlar qəbul edin. Günün problemlərin həlli daha dərin olacaq. Informasiya aramaq, çətin məsələnin həllini tapmaq istiqamətindəki araşdırmalarınız uğurlu nəticələr verəcək. Potensial gəliri əldən verməyin.

Əqrəb
Alış-veriş zamanı böyük məbləğdə pul xərcləməyin. Güc və imkanlarınızı düzgün dəyərləndirin. Başqalarının təcrübəsindən, yeri gələrsə rəqiblərin əməllərindən faydalanmağa çalışın. Məqsədə doğru hərəkət edin.

Oxatan
Daxili gərginliyiniz səhhətinizə pis təsir edəcək. Günün ikinci yarısında bir qədər dincəlin, ciddi məsuliyyət tələb etməyən bəzi işləri təxirə salın. Baş verənləri müşahidə edin, məlumat toplayın, nəticə çıxarın, heç nəyi gərginləşdirməyin.

Oğlaq
Gün ev işlərinin görülməsi üçün məhsuldardır. Bu səbəbdən də ev işləri arasında ən ağırını görməyə çalışın. Yaşamın dəyişməsini istəyirsinizsə, təşəbbüskar olun. Yaxın adamlarınızdan sizə yardım etmələrini istəyin.

Dolça
Bu gün öz işinizlə məşğul olmağınız tövsiyə edilir. Planlaşdırmanı daha əlverişli zamana saxlayın. Kimsə sizə mane olmağa çalışırsa, situasiyanı davasız həll etməyə can atın. Bədbin hisslərə qapılmayın.

Balıqlar
Gərəksiz və mənasız əlaqələri dayandırın. Yardım gözləyənə kömək edin və əhvalınızı yaxşılaşdırın. Şəxsi münasibətlərdə nə istədiyinizi müəyyənləşdirin. Səhhətinizə fikir verin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.