17.03.2021 Gündəlik Bürclər (17 Mart 2021 Günlük Bürclər)

16 Mart 2021
3 992
0
17.03.2021 Gündəlik Bürclər (17 Mart 2021 Günlük Bürclər)
Qoç
Neytral gündür. Elə bir vacib hadisə baş verməyəcək. Işgüzarlıq səviyyəniz aşağı düşüb deyə, sizin üçün maraq kəsb edən işinizə qarşı da soyuqluq nümayiş etdirəcəksiniz.

Buğa
Gün maraqlı olacaq. Hətta deyərdik ki, gözlədiyinizdən də yaxşı olacaq. Sizdən ancaq yaranmış imkanlardan istifadə etməyiniz tələb olunur. Yaxşı olar ki, istədiyiniz nəticəyə çatmaq üçün səy göstərəsiniz.

Əkizlər
Pozitiv tendensiya o qədər də güclü olmayacaq. Faydalı sövdələşmə həyata keçirmək şansınız var. Ehtimal ki, maraqlı işgüzar təkliflər alacaqsınız. Ulduzlar razılıq verməkdə tələsməməyə çağırır. Ehtimal ki, bundan da yaxşıları olacaq.

Xərçəng
Çox uğurlu gündür. Mötəbər şəxslərin dəstəyinə güvənə bilərsiniz. Ehtimal ki, gəliriniz olacaq. Hətta pulun məbləği gözləmədiyiniz qədər çox ola bilər. Gün daha çox romantik görüş üçün münasibdir.

Şir
Artıq tələskənliyə yol verməyin. Bu gün böyük məbləğli alış-veriş etməyin. Yaxşı olar ki, bu gün başqasının pulu ilə də iş qurmayasınız. Günorta qohumlarla dil tapmaq çətin olacaq. Romantik münasibətlərə gəlincə, bir çox “Şir” qısqanclıqdan əziyyət çəkəcəklər.

Qız
Gün gözlədiyinizdən daha yaxşı olacaq. Yaxınlarla ünsiyyət baxımından xoş gündür. Hətta xoşagəlməz mövzularda belə, heç kimin qəlbinə toxunmadan ünsiyyət qura biləcəksiniz.

Tərəzi
Bu gün bir sıra məsələləri həll etməlisiniz, amma fikirləşməyə zamanınız az olacaq. Gün sövdələşmə və ya maliyyə işlərinin həlli üçün münasibdir. Yola çıxmaq da olar. Digər tərəfdən, maraqlı dəvət alacağınız da gözlənilir.

Əqrəb
Sizin üçün asan olmayacaq. Tez qərar verməli olacaqsınız. Bu da səhv edəcəyinizdən xəbər verir. Digər tərəfdən, ətrafdakılar diqqətinizi toplamağa imkan verməyəcək. Təəssüf ki, yaxınlarınızda qarşılıqlı anlaşmanı görə bilmirsiniz.

Oxatan
Bu gün həftənin ən xoşagəlməz tarixidir. Rəhbərliklə aranızdakı münasibətlər korlanacaq. Adətən, siz bərkdən və çox danışırsınız, bu da düşmən qazandıran xüsusiyyətlərinizdən biridir. Əks cinsin nümayəndəsi tərəfindən diqqət və qayğı görəcəksiniz. Hədiyyə almağınız istisna deyil.

Oğlaq
Uzunmüddətli layihələrə bu gün girişməyin. Bunun üçün münasib zaman deyil. Gün, sadəcə xırda məsələlərin həlli üçün əlverişlidir. Günün əsas hissəsini yaxşı əhval-ruhiyyədə keçirəcəksiniz.

Dolça
Yeni işə başlamaq, gələcəklə bağlı planlar qurmaq üçün münasib gündür. Apardığınız danışıqlardan yaxşı nəticələr əldə edəcəksiniz. Sənədlərin rəsmiləşdirilməsi işi baxımından gün daha əlverişlidir. Ailə üzvlərinizlə söhbət sizi sevindirəcək.

Balıqlar
Kifayət qədər çətin gündür. Günün maliyyə mənzərəsi acınacaqlı olacaq. Ehtimal ki, həmkarlarınızla aranızda söz-söhbət yaşanacaq. Azlıq sizin tərəfinizdə olduğundan özünüzü narahat hiss edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.