27.04.2021 Gündəlik Bürclər (27 Aprel 2021 Günlük Bürclər)

26 Nisan 2021
3 183
0
27.04.2021 Gündəlik Bürclər (27 Aprel 2021 Günlük Bürclər)
Qoç
Günün birinci yarısında həyəcan keçirməyə kifayət qədər əsasınız olacaq. Əsasən, bu zaman çərçivəsində sizi həyəcanlı xəbər, iş yerində xırda anlaşılmazlıq və yaxınlarınızla aranızda fikir ayrılığı gözləyir. Günün ortalarında aldığınız xəbər isə situasiyaya başqa gözlə baxmağa imkan yaradacaq.

Buğa
Işgüzar tapşırıqların öhdəsindən elə məharətlə gələcəksiniz ki, bu sahədə heç kim sizinlə müqayisə oluna bilməyəcək. Situasiyanı tez analiz etdiyinizdən rəqiblərinizi qabaqlaya bilirsiniz, həmkarlarınızın və müdiriyyətin rəğbətini qazanacaqsınız.

Əkizlər
Məhsuldar gündür. Əla ideyalarınız olacaq. Sizin uğurlarınız düşmənlərinizi tərk-silah edəcək. Şəxsi müstəvidə də problem çıxmayacaq. Əksinə, gün romantik və ya dostluq münasibətlərinin bərpası baxımından əlverişlidir.

Xərçəng
Bu gün neqativ tendensiyaların təsirinin güclü olduğu gündür. Situasiya tez-tez nəzarətdən çıxacaq və sizin yeganə çıxış yolunuz səbrli olmaqdır. O kəslərin ki fikri sizin üçün vacibdir, onlarla aranızda ciddi fikir ayrılığı yaranacaq.

Şir
Cəsarətli başlanğıclar günüdür, halbuki, bir az əvvəl siz buna şübhə ilə yanaşırdınız. Bu gün sizin həyatınızda əhəmiyyətli roluna görə yadda qalan günlərdən olacaq. Başlıcası artıq söz-söhbətlərdən qaçmaqdır.

Qız
Sakit gündür. Başladığınız işləri tamamlaya bilərsiniz. Danışıqlarda yumor hissinizi itirməyin. Onun sayəsində istədiyinizi alacaqsınız. Yaxınlarınızla da fikir ayrılığından qaçmağınız məsləhətdir.

Tərəzi
Işgüzar məsələlərdə uğur əldə edəcəksiniz. Əməkdaşlıqla bağlı maraqlı təklif alacağınız ehtimal edilir. Ulduzların fikrincə, təklifi tərəddüd etmədən qəbul edin. Günün ikinci yarısı əhvalınızın korlanacağı güman edilir.

Əqrəb
Ən vacib işlərinizi günün birinci yarısına planlaşdırın. Yaxşı bələd olmadığınız, yaxud da çoxdandır əlaqəniz olmayan adamlarla görüş münasib sayılmır. Hər kəsə etibar etməyin. Günün ikinci yarısı gəzinti üçün əlverişlidir.

Oxatan
Istənilən işdə nailiyyət qazanmağı vəd edən gün olacaq. Bu gün başlanan səyahət maraqlı və xoş keçəcək. Ulduzlar bildirir ki, vaxtdan mümkün qədər səmərəli istifadə edin.

Oğlaq
Maraqlı tanışlıq gözlənilir. Çətin ki, sizdə bu gün tanış olduqlarınız barədə düzgün təəssürat yaransın. Münasibətlərin başlanğıcı, o cümlədən tamamlanmasında da tələskənliyə yol verməyin. Situasiyanın gedişatını izləyin, onda necə hərəkət edəcəyiniz sizə məlum olacaq.

Dolça
Həyatdan gileylənməyə dəyməz, əməyinizə görə vaxtında mükafatlandırılacaqsınız. Sanki uğur və nailiyyətlər göydən yağacaq. Gün istənilən sövdələşmələr üçün münasibdir. Həyat eşqiniz yüksəkdir deyə, sizi intellektual və fiziki gərginlik qorxutmayacaq.

Balıqlar
Bu gününüz asan və yüngül olmayacaq. Böyük ehtimalla ailə münaqişəsi, dostlar arasında fikir ayrılığı, ən əziz adamınızla aranızda konflikt olacaq. Yaşananları ürəyinizə dərd etdiyinizdən bu gününüzü əsəb sisteminizin sınaq günü adlandırmaq da olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.