26.05.2021 Gündəlik Bürclər (26 May 2021 Günlük Bürclər)

25 Mayıs 2021
4 457
0
26.05.2021 Gündəlik Bürclər (26 May 2021 Günlük Bürclər)
Qoç
Çətin, gərgin gün keçəcək. Əlaqə qurarkən diqqətli olun. Elə də yaxşı reputasiyası olmayan şəxslərlə ünsiyyəti məhdudlaşdırın. Maliyyə itkisi, uğursuz alış-veriş gözlənilir. Axşama doğru əhvalınız düzələcək. Sevdiyiniz adamı sevindirmək üçün bu zaman kəsiyindən istifadə edin

Buğa
Sizi və yaxın ətrafınızı son zamanlar çox narahat edən vacib məsələlərin həlli üçün əlverişli gündür. Bu gün yardım əlini uzadanlar olacaq. Alış-veriş üçün də məhsuldar gündür. Ulduzlar bahalı qaşlarla bəzədilmiş zərgərlik əşyasını almağı tövsiyə edir.

Əkizlər
Pozitiv tendensiyalarla zəngin uğurlu gündür. Səfər və görüşlər yaxşı keçəcək. Günün maliyyə mənzərəsi də uğurlu olacaq. Buna baxmayaraq, böyük məbləğli alış-veriş etməyə tələsməyin. Yaxınlarla aranızda fikir ayrılığının yaranmasına mane olacaqsınız.

Xərçəng
Xoş gündür. Bu gün özünüzün ən müsbət cəhətlərinizi nümayiş etdirəcəksiniz. Nüfuzunuz yüksələcək. Ətrafdakılar sizinlə hesablaşacaq və dediklərinizi qəbul edəcəklər. Böyük alış-veriş uğurlu olacaq. Kompüter, məişət texnikası ala bilərsiniz.

Şir
Intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Bəzək aksesuarlarını almaq üçün uğurlu gündür. Xüsusilə parlaq rənglərə üstünlük verin. Bu gün həllini gözləyən məsələlərin öhdəsindən yaxşı gələcəksiniz. Yeni pərəstişkarlarınız olacaq.

Qız
Ulduzlar günün birinci yarısında ehtiyatlı olmağa çağırır. Neqativ tendensiyalar sizi yanlış addım atmağa sövq edəcək. Günün birinci yarısında buraxdığınız səhvlər fəsadlar verəcək. Əməkdaşlıq üçün münasib gün deyil. Məişət texnikanız bilmədiyiniz səbəblər üzündən xarab ola bilər.

Tərəzi
Adi gün deyil. Diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bu səbəbdən işdə səhvlərə yol verəcəksiniz. Ətrafdakıların fikirlərinə maraq göstərəcəksiniz. Ancaq bu günü çətinliklə dolu gün kimi təsvir etmək də yanlış olar.

Əqrəb
Çətin gündür. Istədiyinizə nail olmaq üçün ciddi çalışmalı olacaqsınız. Hər gün sizdən razı qalan şəxsləri də bu gün narazı salacaqsınız. Onlar sizi tənqid edəcək, xırda məsələ üstündə inciyəcəklər. Bu gün böyük alış-veriş etməyin. Eyni zamanda, borc da almağınız məsləhət deyil.

Oxatan
Problemə məsuliyyətli və ciddi yanaşsanız, onu həll edə bilərsiniz. Bu gün ünsiyyətdə olduğunuz adamları inandıra bilməyəcəksiniz. Sövdələşmə aparmayın. Şəxsi müstəvidə problemlərdən qaçmaq mümkün olacaq. Yola çıxmaq üçün günün ikinci yarısını seçin.

Oğlaq
Çətin gündür. Planlaşdırmadığınız xərcləmələr olacaq. Yeni ideyaları tez reallaşdırmaq istəyi sizi yanlış adddımlar atmağa vadar edəcək. Şəxsi müstəvidə situasiyanı düzgün qiymətləndirə bilməyəcəksiniz. Sizin kəskin danışığınız ailə üzvlərinizi incidəcək.

Dolça
Ətrafdakılarla aranızda problemlər yaşanacaq. Sizin tənqidlərinizə kəskin reaksiya verəcəklər və bu da sonda konflikt yaradacaq. Səbrli olun ki, münaqişədən qaça biləsiniz. Maliyyə itkisi gözlənilir. Yeni gəlir isə müəyyən vaxtdan sonra olacaq. Bu gün paltar, aksesuar almayın

Balıqlar
Əhvalınız yaxşı olacaq. Əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün münasib gündür. Ancaq qəti qərar gec veriləcək. Axşam saatları gəzinti üçün münasibdir. Yeni tanışlıq da gözlənilir. Sizin üçün maraqlı olan şəxslərdə gözəl təəssürat yaratmağı bacaracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.