06.06.2021 Gündəlik Bürclər (6 İyun 2021 Günlük Bürclər)

05 Haziran 2021
3 223
0
06.06.2021 Gündəlik Bürclər (6 İyun 2021 Günlük Bürclər)
Qoç
Son zamanlar nigaran qaldığınız adamdan xəbər gələcək. Işlərinizdə səliqə-səhman yaratmaq üçün məsuldar gündür. Günün ikinci yarısında teatr və ya kinoya getmək üçün münasibdir. Xoş hisslər yaşayacağınız istisna edilmir.

Buğa
Yaradıcılıq fəaliyyəti üçün əla gündür. Maraqlı film izləmək, şəhərin tarixi yerlərini gəzmək, klassik musiqi dinləməyin faydasını görərsiniz. Keçmişinizə də nəzər salın, çünki gələcəklə bağlı suallara buradan cavab tapa bilərsiniz.

Əkizlər
Sirli arzunuza çata bilərsiniz. Tez hərəkətə keçmək lazımdır. Rəqiblərinizə sizi üstələməyə imkan verməyin. Dostlar sizi dəstəkləyəcəklər. Bu gün kulinariya eksperimentləri üçün əlverişlidir. Qida rasionunuza göyərtini əlavə etməyi unutmayın.

Xərçəng
Bu gün müttəfiq seçmək heç də asan olmayacaq. Bir çoxları kömək etməyi təklif edirlər, ancaq onlardan hansının bunu sidqi ürəklə etdiyini təyin etmək asan deyil. Ulduzlar bu müstəvidə daxili səsinizə qulaq asmağı tövsiyə edir.

Şir
Yeni işlərdən yapışmaq olar. Bu istiqamətdə dəstəyə ehtiyacınız olmayacaq. Ilk baxışdan günün hadisələrinin bir-birilə əlaqəsi olmadığı sanılır. Ancaq situasiyanı dərindən incələsəniz bunun belə olmadığını anlayacaqsınız.

Qız
Günün olaylarını ürəyinizə dərd etməyin. Onlar göründüyü kimi ciddi xarakter daşımayacaq və heç bir fəsadı olmayacaq. Şəxsi problemlərinizi həll etmək və karyeranızı yüksəltmək istiqamətində yeni ideyalarınız olacaq. Xarici görkəminizə də xüsusi diqqət yetirməniz məsləhətdir.

Tərəzi
Bir zamanlar ona qarşı güclü hisslər yaşadığınız adamla görüşmək ehtimalı var. Bu görüşdən onun bu hisslərə layiq olmadığını aydın görəcəksiniz. Məlum olacaq ki, onunla ayrılığın sizə xeyri dəyib, nəinki ziyanı. Bu düşüncə həyatınızda yeni səhifə açmağa təkan verəcək.

Əqrəb
Professional baxımdan qələbə günüdür. Həyatınıza müdaxilə etməyə çalışan adamlardan biri ilə görüşəcəksiniz. Bu tip şəxslər sizin uzunmüddətli planlarınızı reallaşdırmağa maneə ola bilər. Məişət texnikasının alışı üçün münasib gündür.

Oxatan
Perspektivsiz gün olsa da onu uğursuz hesab etmək olmaz. Yeni tanışlıq gözlənilir. Yadda saxlayın ki, sevdiklərinizdən heç də hamısı sizi bir kəlmədən anlamır. Bu səbəbdən əhvalınız korlana bilər. Ancaq yaxınlarınızın neqativ emosiyalarınızdan təsirlənməsinə imkan verməyəcəksiniz.

Oğlaq
Problemləri asanlıqla həll edəcəksiniz. Bir zamanlar rəğbətini qazana bilmədiyiniz adama özünüzü sevdirə biləcəksiniz. Ancaq bu cəhdiniz yeni məsuliyyətli yük qatacaq həyatınıza. Bu səbəbdən də bu mövzu ətrafında addım atmazdan əvvəl dərindən düşünün.

Dolça
Son zamanlar narahat olduğunuz layihələr çərçivəsindəki işlərinizi uğurla tamamlayacaqsınız. Köhnə dostlardan birini sizin köməyinizə ehtiyacı olacaq. Başqasının problemini həll etməklə özünüzün problemlərini unudacaqsınız. Bu gün yola çıxmaqdansa vaxtınızı evdə keçirin.

Balıqlar
Bu gün tələskənliyə yol vermək olmaz. Ehtimal ki, günün yarısını təklikdə keçirməklə xoşagəlməz xatirələrə dalacaqsınız. Bunun sizə faydası dəyəcək. Çünki bir dəfə etdiyiniz səhvləri bir daha təkrarlamayacaqsınız. Günün ikinci yarısı uzaq qohumun gəlişi gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.