05.06.2021 Gündəlik Bürclər (5 İyun 2021 Günlük Bürclər)

04 Haziran 2021
3 182
0
05.06.2021 Gündəlik Bürclər (5 İyun 2021 Günlük Bürclər)
Qoç
Bu gün bir sıra faydalı işlər görəcəksiniz. Vacib olan budur ki, sizi yoldan etməyə kimsəyə imkan verməyin. Bürcün bəzi nümayəndələri onlara irəliləməyə imkan verməyən psixoloji problemlərini bu gün həll edəcəklər.

Buğa
Işgüzar müstəvidə dəyişiklik gözlənilir. Öz professional mövqeyinizi saxlamaqdan ötrü əməkdaşlıqdan imtina edəcəyiniz də istisna deyil. Yaxınlarınızın ürəyincə olmayan qərar verəcəksiniz.

Əkizlər
Gün yeni işlər vəd edir. Həmçinin rədd cavabı verə bilməyəcəyiniz təkliflər alacağınız da gözlənilir. Ehtimal ki, gəliriniz olacaq. Görüşləri günortadan sonraya təyin etməyiniz məsləhətdir. Bu halda, düşünülməmiş addımlardan qaça biləcəksiniz.

Xərçəng
Sahib olduğunuz gücə şübhə ilə yanaşırsınız. Bu da sizin uğursuzuğunuza dəlalət edir. Əgər sizə qalib gəlməyə çalışan qorxunu dəf etsəniz, günün birinci yarısında uğur qazana bilərsiniz. Boş vaxtlarınızı sakit şəraitdə keçirin.

Şir
Yaxşı olar ki, işgüzar gələcəyiniz haqda düşünəsiniz. Gün yeni sahələrdə özünüzü sınamaq üçün münasibdir. Bu gün əhatənizdə olan adamlar sizi bir kəlmədən anlayacaqlar.

Qız
Bu günə qədər topladığınız biliyi təcrübədə tətbiq etmək üçün əlverişli zamandır. Eksperimentlər aparmaq baxımından da məhsuldar gündür. Işgüzar məsələlərin müzakirəsi baxımından da əlverişli zamandır.

Tərəzi
Maraq göstərdiyiniz mövzular ətrafında söhbət vaxtınızın çox hissəsini alacaq. Bu gün qadın rəhbərlərlə dil tapmaq çətin olacaq. Yaradıcılıq potensialınız yüksək olacaq. Bəziləri həyatlarını yaxşılığa doğru dəyişə biləcəklər.

Əqrəb
Eksperimentlər üçün əla gündür. Ətrafdakılar sizin nailiyyətlərinizi kənardan izləyəcəklər. Günün ikinci yarısı gəzinti, dostlarla görüş, xoş insanların əhatəsində vaxt keçirmək üçün münasib vaxtdır.

Oxatan
Bu gün ətrafdakıların davranışlarını düzgün dəyərləndirə bilməyəcəksiniz. Bu səbəbdən də bu gün vacib məsələləri müzakirəyə çıxarmayın. Konflikt yaşanacağı ehtimal edilir. Gün ev işlərilə məşğul olmaq üçün əlverişlidir.

Oğlaq
Uğursuz alış-veriş, yaxud da maliyyə itkisi gözlənilir. Əgər bu gün alış-verişə çıxmalısınızsa, onda yanınızda sizə doğru yol göstərə biləcək adam götürün. Uzun müddətli kurslara yazılmağınız məsləhət deyil. Səyahətə çıxmaq üçün əla gündür.

Dolça
Pulu ağılla xərcləyirsiniz. Maliyyə durumunuz birdən-birə yaxşılaşacaq. Bir zamanlar xəyalınıza gətirdiyiniz məbləği alacaqsınız. Faydalı sövdələşmə imzalayacağınız da istisna edilmir.

Balıqlar
Bir yerdə qərar tuta bilmirsiniz. Yeni sərgüzəştlər arzusundasınız. Bu səbəbdən artıq problemlər yaşayacağınız bildirilir. Ancaq bürcün nümayəndələri bu problemlərə sanki sevinəcəklər. Çünki onların həlli də sizə əyləncəli təsir bağışlayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.