28.02.2021 Gündəlik Bürclər (28 Fevral 2021 Günlük Bürclər)

27 Şubat 2021
3 478
0
28.02.2021 Gündəlik Bürclər (28 Fevral 2021 Günlük Bürclər)
Qoç
Sizi bir sıra xoşagəlməz anlar gözləyir. Bu, həyəcanlı xəbərlə də bağlı ola bilər. Əgər soyuqqanlılığı saxlasanız, təlaşa düşməsəniz, günü daha əlverişli keçirə bilərsiniz. Gün işgüzarlıq çərçivəsində keçirilən görüşlər üçün məhsuldardır. Ehtimal ki, əməkhaqqınız artacaq.

Buğa
Dəstək aldığınız adamla aranızda fikir ayrılığı olacaq. Heç kim vəziyyətə sakit yanaşa bilməyəcək. Günün ən pis tərəfi bundadır ki, istənilən xırda mövzu mübahisə yarada bilər. Yaxşı tərəfi isə sövdələşmə aparmaq üçün əlverişli olmasıyla bağlıdır.

Əkizlər
Bu gün vacib qərarlar verməyin, sənədlərə imza atmayın. Yeni müttəfiq tapmaq, yaxud da yeni iş yeri axtarmaq bu gün üçün münasib işlər hesab olunmur. Bu müstəvidə atılan istənilən addım ehtiyatlılıq tələb edir. Romantik başlanğıc, görüş üçün münasib gündür.

Xərçəng
Bir çox problemləri həll edəcəksiniz. Sahib olduğunuz imkanları və yaranmış situasiyanı düzgün qiymətləndirməklə gələcəklə bağlı planlar qura bilərsiniz. Öz biznesinizin əsasını qoyacaqsınız, yaxud da işdə çalışdığınız hansısa layihə sizə uğur gətirəcək. Bundan yaxşı gəlir əldə edəcəyiniz gözlənilir.

Şir
Həyatınızda dəyişiklik etmək istəyinin sonunu fikirləşmirsiniz. Bu gün bürcün bir çox nümayəndələri öz hisslərinin əsiri olacaq. Maliyyə itkisi gözlənilir. Idmanla məşğul olmaq, fəal istirahət etmək yerinə düşər.

Qız
Gün dünənkindən fərqli olaraq sizi sevindirməyi vəd etmir. Bu gün daha çox gərgin olacağınız gözlənilir. Günün maliyyə mənzərəsi də ürəkaçan olmayacaq, düşündüyünüzdən çox pul xərcləyəcəksiniz. Bu gün borc almaq məsləhət deyil.

Tərəzi
Işləriniz istədiyiniz kimi getmir. Əlinizə götürdüyünüz işlər çətin olacaq. Müdiriyyətlə aranızda fikir ayrılığı gözlənilir. Hətta bürcün bəzi nümayəndələri işdən çıxmaq barədə düşünəcəklər.

Əqrəb
Bu gününüz əvvəlkindən daha yaxşı olacaq. Işgüzarlığınız aşağı düşəcək. Həmkarlarınızla aranızda mübahisə yaşanacaq. Əsəb gərginliyi keçirməməyə çalışın. Bu, səhhətinizə ziyandır.

Oxatan
Həyat eşqi azaldığından əvvəlki günlərdən fərqli olaraq daha tez yorulursunuz. Yaxşı olar ki, vacib və təcili işlərinizi günün birinci yarısına təyin edəsiniz. Görüşlər üçün isə axşam saatları daha münasibdir.

Oğlaq
Gün gərgin keçməsinə baxmayaraq, onu uğursuz hesab etmək düzgün olmaz. Çünki bu gün siz istənilən, hətta münasib olmayan şəraitdən belə, faydalanacaqsınız. Yaşlı dostlarla görüşmək üçün münasib zamandır. Yeri gəlmişkən, onlara problemlərinizi danışsanız, yaxşı məsləhətlər eşidərsiniz.

Dolça
Çoxdankı fikir ayrılığına son qoymaq, münasibətləri bərpa etmək üçün münasib gündür. Qarşı tərəfi sonadək dinləyin, amma öz sirlərinizi açıb-tökməyə tələsməyin. Günün ikinci yarısında səhhətinizin pisləşəcəyi ehtimal olunur.

Balıqlar
Yaxşı olar ki, bu günə vacib və çətin işləri planlaşdırmayasınız. Çünki ulduzlar bu gün sizi dəstəkləmək fikrində deyil. Həmkarlarla mübahisəniz düşərsə, ağzınızdan çıxan kəlmələrə diqqət yetirin. Yersiz zarafatın sonu yaxşı görünmür. Qohumlarla ciddi bir məsələni müzakirəyə çıxaracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.